Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Xəyal adası”ndan dünyaya boylanan təhsil ocağı

“Xəyal adası”ndan dünyaya boylanan təhsil ocağı

16.09.2015 [10:03]

Azərbaycandakı tərəfdaşı “Azərsun Holdinq” olan Sabis Sun Beynəlxalq Məktəbi artıq ölkəmizdə fəaliyyətə başlayıb
Xəbər verildiyi kimi, ötən ilin sentyabrında “Azərsun Holdinq” şirkətlər qrupu dünyanın ən məşhur məktəblər şəbəkələrindən biri olan, 16 ölkədə 60 məktəb ilə xidmət göstərən “SABİS” ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Azərbaycanda ilk dəfə olaraq məhz “Azərsun”a məxsus “Xəyal adası” (“Dreamland”) yaşayış sahəsində “SABİS” məktəb kompleksinin yaradılmasına başlanılıb, həmçinin, işlərin bir qismi görülüb. Və Azərbaycandakı tərəfdaşı “Azərsun Holdinq” olan Sabis Sun Beynəlxalq Məktəbi artıq ölkəmizdə fəaliyyətə başlayıb.
Sabis Sun Beynəlxalq Məktəbi də öz qapılarını uşaqların üzünə açıb
Beləliklə, dünən respublikanın bütün digər məktəbləri kimi Sabis Sun Beynəlxalq Məktəbi də öz qapılarını uşaqların üzünə açıb. Məlumat üçün bildirək ki, Sabis Sun Beynəlxalq Məktəbi “Xəyal Adası” kompleksində yerləşir. Kompleks Zığ şosesinin 22-ci kilometrində 330 hektarlıq geniş ərazini əhatə edir. Şəhər üslublu həyat tərzinin üstünlükləri və şəhərdən kənar həyatın xüsusiyyətlərini birləşdirən layihəyə Sabis Sun Beynəlxalq Məktəbi ilə yanaşı yaşayış sahəsi, 18 dəlikli qolf meydançası, qolf akademiyası, qolf təlim sahəsi, ticarət mərkəzləri, otel, spa və sağlamlıq mərkəzləri, kafe və restoranlar daxildir. “Xəyal Adası” ərazisinin xeyli hissəsi ekzotik flora ilə örtülüb, ümumilikdə 12 min kvadratmetrlik ərazidə isə göllər mövcuddur. Layihənin ilk mərhələsi üzrə tikinti işləri başa çatmaq üzrədir.
Sabis Sun Beynəlxalq Məktəbinin ərazisinə gəlincə, buraya məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, məktəbəqədər təhsil müəssisəsi üçün nəzərdə tutulan kiçik idman zalı və idman meydançası, eləcə də ibtidai məktəb üçün idman zalı və idman meydançası daxildir.
Azərbaycanlı müəllimə yeni rekorda imza atıb
Bu arada tədris ilinin başlanması münasibəti ilə yeni fəaliyyətə başlamış Sabis Sun Beynəlxalq Məktəbinə jurnalistlər üçün mediatur təşkil edilib. KİV təmsilçiləri qarşısında çıxış edən məktəbin direktoru Yakobus Gerike öncə onu bildirib ki, 130 illik tarixə malik Sabis məktəblər şəbəkəsi dünyanın qabaqcıl ölkələrində və Yaxın Şərqdə fəaliyyət göstərən İngilis və Amerikan beynəlxalq standartlarına malik müasir təhsil müəssisəsidir. Dünyanın 16 ölkəsində 70 mindən artıq şagirdi olan Sabis məktəblər şəbəkəsinin ən böyük fərqi odur ki, şagirdlər dünyanın istənilən universitetlərinə qəbulda heç bir çətinliklə üzləşməyəcəklər. Buna zamin yaradan əsas amil - təhsil sisteminin bütün müasir sistemlərə uyğunluğu və təhsil dilinin beynəlxalq dil - ingilis dilində olmasıdır. Eyni zamanda, Sabis Sun məktəbində olan SLO - şagird həyatının təşkili şagirdlərin həyata hazırlanmalarında çox əhəmiyyətli bir yer tutur.
Azərbaycana gəlincə, direktor qeyd edib ki, təhsil müəssisəsi bağça və orta məktəbdən ibarətdir. Bağçaya körpələr iki səviyyə üzrə götürüləcəklər. Beynəlxalq standartlara tam cavab verəcək bu məktəb kompleksində təhsil ingilis dilində aparılacaq. Bundan əlavə, şagirdlərə Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq Azərbaycan dili və yerli əhəmiyyətli digər fənlər də tədris ediləcək. Hazırda məktəbdə 18 müəllim mövcuddur, onlardan 10-u Azərbaycan, 8-i isə xarici ölkələrin vətəndaşlarıdır.
Direktorun sözlərinə görə, Sabis Sun Beynəlxalq Məktəbi 2015-2016-cı tədris ili üçün məktəbəqədər təhsil müəssisəsindən 8-ci sinifə qədər şagirdlərin qəbulunu həyata keçirib. İlk tədris ilində məktəbdə 60 uşaq təhsil almağa başlayıb. Məktəbəqədər və məktəbyaşlı bu uşaqların 80 faizi azərbaycanlıdır.
Yeri gəlmişkən, təhsil alan uşaqların azlığı insanlarda müəyyən suallar doğura bilər. Lakin direktor bildirib ki, narahatlığa heç bir əsas yoxdur. Çünki “SABİS” ilk dəfə fəaliyyətə başladığı ölkələrdə 20 - 80 uşaq ilə tədrisə başlayır. Bu baxımdan Azərbaycanda birinci il 60 uşağın qəbul olunması nəinki az, əksinə yüksək göstəricidir.
Yüksək göstəricidən söz düşmüşkən, məlumat üçün bildirək ki, bu məktəbə müəllimlər xüsusi müsabiqə yolu ilə götürülürlər və 130 illik tarix ərzində yeni rekorda məhz azərbaycanlı müəllimə imza atıb. Bunu mediatur zamanı KİV təmsilçiləri ilə görüşən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib. Onun sözlərinə görə, azərbaycanlı riyaziyyat müəlliməsi Rəna Sadıqova Sabis məktəblər şəbəkəsinin beynəlxalq sertifikasiya imtahanlarından bu günə qədər ən yüksək mümkün 100 baldan 96 bal toplayıb. KİV təmsilçilərinə müəlliməni təqdim edən Abdolbari Goozal bu nəticənin qürurverici olduğunu bildirməklə yanaşı müəlliməni təbrik edib və mükafatlandırıb.
Sonda onu da qeyd edək ki, Sabis Sun tədris müəssisəsinə uşaq bağçasından 8-ci sinifə qədər qeydiyyat davam edir. Tel 051 990 65 65 077 522 31 31, e-mail: ssibaku@sabis.net
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30