UNEC-də LU/LSE bakalavr proqramı başlanıb
18.09.2015 [10:04]
London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərsləri başlanıb.
UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri dünyanın ən qabaqcıl iqtisadiyyatyönümlü ali məktəbinin proqramı üzrə dərslərə başlamaları münasibəti ilə təbrik edib. Bildirib ki, burada tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaqla yanaşı, həmçinin bu nüfuzlu təhsil ocağının tədris resurslarından da istifadə edə biləcək, London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbinə qatılacaqlar. Rektor qeyd edib ki, tələbələrin UNEC-lə bərabər, LSE-nin bakalavr diplomunu da əldə etmələri onları əmək bazarında rəqabətə davamlı kadra çevirəcək.
İlk dərsi London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının UNEC-dəki tədris işləri üzrə direktoru Tayson Lemons keçib. T.Lemons tələbələrə LSE-də tədris prosesinin üstünlüklərindən söz açıb. Bildirib ki, tədris proqramının tərtibi, təhsilin keyfiyyət parametrlərinə nəzarət və tədris prosesinin idarə olunmasını birbaşa London Universiteti həyata keçirəcək. LSE-nin hazırkı kurikulumuna uyğun olaraq, hər tədris ilində dörd fənn olmaqla, üç il ərzində 12 əsas fənn tədris ediləcək. Bu fənlər üzrə yekun imtahanlar hər tədris ilinin sonunda (may-iyun aylarında) keçiriləcək və nəticələr qiymətləndirilmək üçün LSE-yə göndəriləcək. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar London Universitetinin İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər və diplomlar Londonda keçirilən məzun günündə təqdim olunacaq.
London Universiteti / London İqtisadiyyat Məktəbinin bakalavr proqramında birinci kursu bitirmiş, ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (IELTS - 6.0, TOEFL - 87, PTE Academic - 57) 6 tələbə təhsil alır. Tələbələrin bakalavr proqramına qəbulunu LSE həyata keçirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

