Nur Xolis: Azərbaycanda multikultural mühit yüksək səviyyədədir
22.10.2015 [10:45]
İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis oktyabrın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Azərbaycanda multikultural və tolerant mühitin yüksək səviyyədə olduğunu deyib. O, ölkəmizdə multikulturalizm siyasətinin uğurla aparıldığını qeyd edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov qonağı qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumatlandırıb. O, Mərkəzin yaranmasının əsas məqsədlərindən birinin Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənələrini dünyaya tanıtmaq olduğunu qeyd edib. İcraçı direktor bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir.
Vurğulanıb ki, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Multikulturalizmin alternativi separatçılığa, terrora, islamofobiyaya və digər təhlükəli tendensiyalara şərait yaradır.
Görüşdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, xalqımızın birgə yaşama mədəniyyəti dünyaya nümunə kimi göstərilir. Azərbaycanın artıq 3-cü dəfədir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal Forumunun gələn il Bakıda keçiriləcəyi barədə qərar bunun nəticəsidir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov müasir dövrdə Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olmasını şərtləndirən amillər, milli və dini tolerantlığın dövlət siyasətinin prioritetləri sırasında dayanması barədə danışıb. O, Azərbaycanda bütün etnik qrupların və müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını, ölkəmizdə məscidlərin, kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sonra qonağın sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

