Dövlət müşaviri türk icma rəhbərləri ilə görüşüb
12.11.2015 [10:15]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev FUEN Türk Azlıqları (TAG) işçi qrupunun toplantısı çərçivəsində Bakıda səfərdə olan bir qrup türk icma nümayəndələri ilə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa Qərbi Trakya Türk Federasiyasının, Moskva “Vətən” Cəmiyyətinin, Moskva Qaraçay-Balqar Gənclərinin İnkişafına Dəstək Fondunun, Kiyev Krım Tatarları Cəmiyyətinin, Moskva Kumık qurumunun və Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” İctimai Birliyinin rəhbər şəxsləri iştirak ediblər.
Dövlət müşaviri sovet dönəmində Stalin repressiyası nəticəsində doğma torpaqlarından departasiya edilən Ahıska türklərinə ölkəmizdə daim dövlət qayğısının göstərildiyini bildirib və görüşdə iştirak edən bütün türk icma nümayəndələrini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti ilə əməkdaşlığa dəvət edib, birlikdə müxtəlif tədbirlərin təşkil olunmasını məqsədəuyğun hesab edib.
Avropa Qərbi Trakya Türk Federasiyasının sədri Halit Habipoğlu FUEN Türk Azlıqları (TAG) işçi qrupu toplantısının ilkinin ötən il Türkiyədə keçirildiyini, ikinci konfransın Bakıda təşkil edildiyini xatırladıb. Konfransa Azərbaycanın ev sahibliyi etməsindən qürur hissi keçirdiyini qeyd edən Halit Habipoğlu Azərbaycanla, xüsusən də Multikulturalizm Mərkəzi ilə əməkdaşlığın çox fayda verəcəyinə inandığını deyib.
“Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov Azərbaycan dövlətinin Ahıska türklərinə hər zaman göstərdiyi qayğı və dəstəyə görə minnətdarlığını ifadə edib. O, BBMM-in təşkil edəcəyi konfranslarda və müxtəlif layihələrdə iştirak üçün həmişə hazır olduqlarını bildirib.
Görüşün sonunda qonaqlara Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

