Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilə imzalanıb
17.11.2015 [10:06]
Noyabrın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqaviləni Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler imzalayıblar.
Məlumat verilib ki, ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin əməkdaşları Bakıda martın 14-də Milli Onkologiya Mərkəzi ilə birgə konfrans təşkil ediblər. Konfrans zamanı MD Anderson Xərçəng Mərkəzinin əməkdaşları Milli Onkologiya Mərkəzinin kliniki fəaliyyəti ilə yaxından tanış olaraq, apardığı elmi araşdırmaları və tədqiqatları yüksək qiymətləndiriblər. Sonrakı dövrdə amerikalı onkoloqlar Milli Onkologiya Mərkəzində aparılan mürəkkəb cərrahiyyə və endoskopik əməliyyatları, ciddi elmi tədqiqatları təhlil edərək müqavilə bağlamağa qərar veriblər.
Mərasimdə çıxış edən akademik Cəmil Əliyev Azərbaycanda onkologiya sahəsində dövlətimizin başçısının rəhbərliyi ilə mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Vurğulanıb ki, Milli Onkologiya Mərkəzi ilə MD Anderson Xərçəng Mərkəzi arasında imzalanan müqavilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bəhrəsidir. Müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikaları tərəfindən qəbul olunmasını təsdiq edir. Müqavilə, eyni zamanda, tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcək. Nəticədə, ölkə əhalisinə göstərilən onkoloji xidmət daha yüksək səviyyədə olacaq.
Qeyd olunub ki, ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin Milli Onkologiya Mərkəzinin müasir fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi, təkcə ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur. Şübhə yoxdur ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların müxtəlif ölkələrin mütəxəssisləri arasında mübadiləsi ölkəmizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcək.
Sənədə görə, azərbaycanlı mütəxəssislər MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində müalicə-profilaktika proseslərində iştirak edəcəklər. Diqqətə çatdırılıb ki, Milli Onkologiya Mərkəzinin məqsədi xərçəng xəstəliyinin qarşısını almaq və onkoloji xəstələri yüksək keyfiyyətli müalicə ilə təmin etməkdir. Müqavilə Milli Onkologiya Mərkəzinə həmin hədəflər üzrə MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə və onkologiya sahəsində mühüm nəticələr əldə etməyə imkan verəcək.
Oliver Boqler isə deyib ki, Azərbaycan Milli Onkologiya Mərkəzi ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi ilə bir səviyyədədir, onkoloji xəstələrə göstərilən tibbi xidmətlər və aparılan elmi araşdırmalar sahəsində ondan heç də geri qalmır.
Milli Onkologiya Mərkəzinin yeni tərəfdaşı - Hyuston şəhərində yerləşən Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi Amerika Birləşmiş Ştatlarının üç ən böyük onkologiya mərkəzindən biridir. Bu elmi müəssisə, həm də xərçəng xəstəliklərinin müalicəsi və tədqiqi üzrə çox böyük mərkəzdir. Mərkəz ABŞ-ın iki iri elmi-tədqiqat yönümlü ali tibb məktəbi ilə birləşmiş bir neçə xəstəxana kompleksindən biridir. 2014-cü ildə MD Anderson Xərçəng Mərkəzi “U.S. News & World Report” jurnalında dərc olunmuş “Ən yaxşı xəstəxana” araşdırmasında onkoloji xəstəliklərin müalicəsi üzrə lider olub. MD Anderson Mərkəzi, təkcə ABŞ-ın deyil, dünyanın ən yaxşı onkoloji xəstəxanalarından biri hesab edilir.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34

