Azərbaycan icbari tibbi sığortaya keçidə hazırdır
21.11.2015 [09:40]
Sami Türkoğlu: Azərbaycanın icbari tibbi sığorta sahəsində uğurlar əldə edəcəyinə əminəm
Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bu prosesə keçid üçün, demək olar ki, bütün zəruri hüquqi-normativ baza yaradılıb, hətta bu sahəyə cavabdeh olacaq ayrıca qurum - Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təsis edilib. Eləcə də səhiyyə sistemində köklü islahatlar aparılıb. Xəstəxanaların maddi-texniki bazası gücləndirilib, regionlarda müasir tipli xəstəxanalar və diaqnostika mərkəzləri fəaliyyətə başlayıb. Digər ölkələrin bu sahədəki üstün təcrübəsi öyrənilib. Bəs, görəsən, bu prosesə keçid digər ölkələrdə necə reallaşıb? Türkiyədə tanınmış beyin cərrahı, qardaş ölkədə sosial tibbi sığorta sisteminin qurucusu və 2005-2009-cu illərdə Tibbi Sığorta Baş Müdirliyinin ilk baş direktoru olmuş Sami Türkoğlu əməkdaşımızla söhbətində bu sistemə keçidin özəlliklərindən danışıb.
- Sami bəy, Azərbaycana xoş gəlmisiz. Öncə sizi oxucularımızla yaxından tanış edək.
- Qısaca onu deyə bilərəm ki, ixtisasca cərraham, Qazi Universitetini bitirmişəm. 1992-1998-ci illərdə Ankarada Təhsil və Tədqiqat Xəstəxanasında beyin və əsəb sistemi cərrahiyyəsi ixtisasına yiyələnmişəm. 2001-2005-ci illərdə Ankarada Sosial Sığorta Qurumlarına bağlı olan müxtəlif xəstəxanalarda baş həkimlik etmişəm. 2005-ci ildə Türkiyədə icbari tibbi sığorta sisteminin yaradılması işlərinə cəlb edilmişəm. Bu sistemin qurucularından biri və Tibbi Sığorta Baş Müdirliyinin ilk baş direktoru vəzifəsində çalışmışam. 2009-cu ildən dərman istehsalı ilə məşğul olan Ulkar Holdinqin direktoru vəzifəsində çalışıram.
- Azərbaycanda çox yaxın zamanlarda icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılacaq. Yəqin ki, Bakıya gəlişiniz də elə bununla bağlıdır?
- Çox təəssüf edirəm ki, bu, mənim Bakıya ilk səfərimdir. İndiyədək çox istəsəm də, işlərimin çoxluğundan belə gözəl, müasirliyi göz oxşayan şəhərinizə gəlmək mənə nəsib olmamışdı. Bu dəfə isə belə bir fürsəti qaçırmamaq qərarına gəldim. Səfərimin əsas məqsədlərindən biri icbari tibbi sığorta sistemi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Bakıda olduğum müddətdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov, eləcə də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevlə görüşlər keçirdim. Görüşlərdə icbari tibbi sığorta sahəsində dünya, eləcə də Türkiyə təcrübəsi barədə fikir mübadiləsi apardıq. Düşünürəm ki, görüşlərimiz və məsləhətləşmələrimiz çox faydalı oldu.
- Sami bəy, ümumiyyətlə, icbari tibbi sığorta sisteminə dair müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur. Bəs bu sistemin Türkiyə modelinin nə kimi üstünlükləri var?
- Türkiyə bu sistemə 2005-ci ildən keçib. O zamanadək ölkədəki xəstəxanalar müxtəlif qurumların nəzdində fəaliyyət göstərirdi. Yeni sistemin tətbiqi ilə bağlı bütün xəstəxanaları Çalışma və Sosial Güvənlik Bakanlığının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - red.) çətiri altına toplaya bildik.
Belə ki, bu vaxtadək Türkiyədə vətəndaşlara 4 fərqli kateqoriya üzrə tibbi xidmətlər göstərilirdi. Bunlar dövlət məmurları üçün ayrı, işləyənlər, özəl sahibkar və fərdi şəxslər, eləcə də kasıb təbəqəni təmsil edənlər üçün ayrı idi. Sonuncular üçün yaşıl kart deyilən bir sistem tətbiq olunurdu. Bu xidmətlərin hər biri ayrı-ayrı nazirliklər tərəfindən həyata keçirilirdi. Eləcə də tibbi xidmətlərin həm dəyəri, həm də keyfiyyəti, təbii ki, fərqli idi. Təsəvvür edin ki, bir ailədə iki qardaşdan biri dövlət məmuru idi, digəri isə adi bir işçi. Onlar hər hansı, tutaq ki, eyni bir xəstəlik üçün müxtəlif xəstəxanalarda həm qiymətinə görə, həm də keyfiyyətinə görə müxtəlif cür müalicə olunurdular. 2007-ci ildə bütün bu qurumlar Sosial Güvənlik Qurumu (SGQ) adlanan yeni bir qurumda birləşdirildi. Və icbari tibbi sığortanın tətbiqi ilə biz bu ədalətsizliyi aradan qaldırmış olduq. İndi istənilən vətəndaş ölkə daxilində istənilən xəstəxanada müalicə almaq imkanına malikdir. Əsas odur ki, vətəndaş ölkə qanunvericiliyində təsbit edildiyi kimi, vaxtlı-vaxtında tibbi sığorta ödəmələrini vermiş olsun. Doğrudur, kasıb vətəndaşlar, işsizlər bu sığorta ayırmalarından azaddırlar. Dövlət məmurları üçün aylıq ödəməni dövlət, işləyənlər üçün isə sahibkarlar həyata keçirirlər. Kiçik sahibkarlar isə bunu fərdi qaydada ödəyirlər. Bütün sığorta ödəmələri mərkəzləşmiş qaydada SGQ-də toplanaraq, sonradan vətəndaşların müalicəsi üçün xəstəxanaların hesabına köçürülür. Özü də bu pulların necə və nə məqsədlə xərclənməsinə ciddi nəzarət var. Bir zəruri qeydi də edim. Türkiyədə sığorta ödəmələri işləyənlər üçün 12,5 faiz müəyyənləşsə də, ədalət baxımından, bunun üst həddi də müəyyənləşib - ayda təqribən 200 lirə. Tutaq ki, bir işçi 10 min lirə maaş alırsa, o daha 1250 lirə tibbi sığorta ödəmir, sadəcə, yuxarı həddədək sığorta haqqı ödəyir. O ki qaldı sizdə aztəminatlı dediyiniz vətəndaşlara, onlar SGQ-yə müvafiq arayışlar təqdim etməklə “yaşıl kart” alaraq bu xidmətdən hər kəs kimi pulsuz yararlana bilirlər. Bir də təkrar edirəm, hansı zümrəni təmsil etməsindən asılı olmayaraq, Türkiyədə bütün vətəndaşlar eyni keyfiyyətdə tibbi xidmət ala bilirlər. Əslində, bu, bizim konstitusiyamızda da öz əksini tapıb. Düşünürəm ki, bu, tibbi sığortada Türkiyə modelinin üstün cəhətlərindən biridir.
Daha bir məqama toxunmaq istərdim. Türkiyədə icbari tibbi sığortaya başlanılarkən, bütün növ xəstəliklərin müalicəsi üçün vahid standartlar müəyyənləşdirildi və xəstəxanalara bildirildi ki, tutaq ki, filan xəstəliyi bu qiymətə müalicə etmək lazımdır. İstəyirsizsə, gəlin qoşulun bizə. Təbii ki, özəl xəstəxanalar da buna məmnuniyyətlə razılaşdılar. Bu, həm də onlar üçün əlavə pasiyent demək idi. Odur ki, hazırda bütün xəstəxanalarda vətəndaşlara vahid qiymət əsasındə tibbi xidmət göstərilir. Bunun bir üstünlüyü də o oldu ki, xəstəxanalarda növbələr azaldı. Əvvəllər xəstələr müəyyən xəstəxanalarda müalicə almaq üçün bəzən aylarla növbə gözləməli olurdular. İndi isə vətəndaşların istədikləri xəstəxanada müalicə almaq imkanı var. Yeni sistem həm də özəl xəstəxanaların inkişafına səbəb oldu. Düşünürəm ki, bu model qardaş Azərbaycan üçün faydalı ola bilər.
- İcbari tibbi sığorta ödəmələri vətəndaşlara orqan köçürülməsi əməliyyatları zamanı da tətbiq olunurmu?
- Az öncə qeyd etdiyim kimi, bu xidmətlərə bütün növ xəstəliklərin müalicəsi daxildir - adi soyuqdəymədən tutmuş bahalı orqan köçürülməsi əməliyyatlarınadək. Buraya yalnız estetik əməliyyatlar daxil deyildir. Xatırladım ki, Avropa ölkələrinin heç də hamısı Türkiyədəki kimi, vətəndaşlara belə geniş çeşiddə pulsuz tibbi xidmətlər göstərmirlər. Amma, bununla belə, onu da qeyd etməliyəm ki, Türkiyə modelinin də çatışmayan cəhətləri var. Məsələn, müəyyən bir neçə xəstəlik növü var ki, onlar üçün zaman və qiymət limitləri qoyulub. Bunun da səbəbləri var ki, xəstələr sui-istifadə edərək tez-tez eyni xəstəliklə bağlı xəstəxanalara müraciət etməsinlər. Digər tərəfdən, bilirsiniz ki, Türkiyədə ailə həkimi institutu mövcuddur. Yəni, belə deyək, xəstə adi baş ağrısı üçün xəstəxanaya üz tutmamalıdır. Daha ciddi xəstəlik zamanı xəstəxanalara müraciət etməlidir. Amma biz bunu xəstəyə qadağan edə bilmərik. Nəticədə xəstəxanada lüzumsuz müraciətlərin sayı da artmış olur. Düşünürəm ki, Azərbaycandakı poliklinika sistemi bu məsələdə daha üstün sayıla bilər.
- Anlaşılan odur ki, uzun müddətdən bəri tətbiq edilməsinə baxmayaraq, dünya ölkələrində icbari tibbi sığorta sistemi hələ də tam oturuşmuş bir sistem deyil...
- Belə demək də mümkündür. İcbari tibbi sığorta sistemi bütün dünya ölkələrində heç də rahat şəkildə həyata keçirilməyib. Elə ölkələr var ki, uzun illərdən bəri bu sistemin tətbiqinə başlanılsa da, zaman-zaman yeni problemlər ortaya çıxmaqdadır və vətəndaşlar dövlətə öz etirazını bildirməkdədirlər. Elə götürək Avropanın ən inkişaf etmiş ölkələrindən olan İngiltərə və Almaniyanı. Uzun illərdən bəri bu sistemə keçsələr də hələ də bəzi çatışmazlıqlar müşahidə edilməkdədir. Türkiyənin özündə belə bu sistem hələ də oturuşmayıb. Odur ki, Azərbaycan da, heç bir tərəddüd etmədən və heç nədən çəkinmədən bu sistemin tətbiqinə başlamalıdır. Əsas odur ki, ilk addım atılsın. Çatışmazlıqları isə sistem işə düşdükdən sonra yerində həll etmək mümkündür.
- Bəs Azərbaycan üçün hansı ölkənin icbari tibbi sığorta modelinin daha uyğun olduğunu düşünürsünüz?
- Bilirsiniz, məsələ ondadır ki, Azərbaycanda icbari tibbi sığorta sisteminə sıfırdan başlanıldığı üçün, istənilən üstün modeli seçib tətbiq etmək olar. Amma götürək Türkiyəni. Bizdə bu sistem artıq vardı, sadəcə, başqa-başqa qurumların nəzarətində idi. Biz onları birləşdirdik. Odur ki, bizə bu, nisbətən asan gəldi. Baxmayaraq ki, hələ də problemlərimiz qalmaqdadır. Belə hesab edirəm ki, Azərbaycan bu sistemə birdən deyil, addım-addım keçməlidir. Konkret bir ölkənin modelini deyil, daha üstün cəhətləri özündə əks etdirən yeni bir model işləyib hazırlamaq olar. Məsələn, ilk mərhələdə bu model bütün ölkədə deyil, daha məhdud bir dairədə tətbiq edilə bilər. İcbari tibbi sığorta, məsələn, götürək müəllimləri və ya hansısa bir peşə sahiblərini, yaxud Azərbaycan üçün daha aktual hesab olunan xəstəlik növünü də əhatə edə bilər. Bəzən elə təsəvvür yaranır ki, icbari tibbi sığortaya keçməklə səhiyyədəki bütün problemlər həll olunacaq. Yox, bu heç də belə deyil. İcbari tibbi sığortaya keçid səhiyyə islahatlarının yalnız bir qoludur.
Digər vacib məsələyə toxunmaq istərdim. Azərbaycanda öncə icbari tibbi sığortaya cəlb ediləcək xəstəliklər və onların müalicəsinin qiymət standartları müəyyənləşməlidir. Bundan sonra növbəti mərhələdə xəstəxanalarla müqavilələr bağlanmalıdır. Bu işə həm dövlət həm də özəl xəstəxanalar cəlb edilməlidir. Eləcə də əhali arasında güclü maarifləndirmə işi aparılmalıdır ki, onlar vaxtlı-vaxtında sığorta ödəmələrini həyata keçirsinlər. Çünki burada hər şeyi dövlətin öhdəsinə buraxmaq çox da ədalətli deyil.
Bilirsiniz, icbari tibbi sığortaya keçid prosesinin ləng irəliləməsindən qorxmaq lazım deyil. Əsas odur ki, dövlətin bu sahədəki iradəsi ortada olsun. Şükürlər olsun ki, qardaş Azərbaycan dövlətinin də bu sahədəki qərarı ortadadır. Hesab edirəm ki, digər islahatlar kimi, bu sistem də, inşallah, Azərbaycanda uğurla həyata keçiriləcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDiaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35

