Qusarda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
25.11.2015 [10:11]
Noyabrın 24-də Qusar şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda şimal rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılışında çıxış edən Qusar rayon İcra Hakimiyyəti başçısının müavini Şahid Fərəməzov konfransın əhəmiyyətindən bəhs edərək, ölkəmizdə milli mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. Bildirib ki, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı tolerant mühit ən dəyərli sərvətlərimizdəndir.
DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz işlərdən danışıb. Bildirilib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir.
Komitə sədri dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən də bəhs edərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov və başqaları çıxışlarında dövlət-din münasibətlərindən, gənclərin dini maarifləndirilməsindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən bəhs ediblər.
“Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda davam edən plenar iclasda “Ənənəvi İslamın təbliği - dini radikalizmlə mübarizə vasitəsi kimi”, “Milli mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Regional konfrans işini noyabrın 25-də DQİDK sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda plenar iclasla davam etdirəcək.
Komitə sədri M.Qurbanlı Qusara səfəri çərçivəsində buradakı “Mustafa Kadzal” məscidində dindarlarla görüşüb, icma üzvlərinə kitablar hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08

