“Qara qan”ın müəllifi Fazil Güneyin 70 illik yubileyi qeyd olunub
27.11.2015 [09:54]
Noyabrın 25-də yazıçı, publisist, Əməkdar jurnalist Fazil Güneyin anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində reallaşıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Fazil Güneyin yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, o, orta məktəbi bitirdikdən sonra doğulduğu Cəbrayıl rayonunda rayonlararası qəzetdə iki ilə yaxın çalışaraq, təcrübəli jurnalistlərin rəğbətini qazanıb. Həmin zamanda onun oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunub, radioda səsləndirilib.
Qeyd edib ki, F.Güney Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin “Ərəb dili tərcüməçiləri” şöbəsində təhsil alıb. Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışıb. Həmin illərdə milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb və Azərbaycan həqiqətlərinin dünyada tanınmasına öz töhfəsini verib. O, 1975-1976-cı illərdə “İnşaatçı” qəzetində, 1976-1991-ci ildə isə “Kirpi” jurnalında çalışıb. “Kirpi” jurnalında dərc olunan pamfletləri “Ulduz sövdəsi” kitabında toplanıb.
Bildirib ki, XX əsrin sonlarında baş verən sistem dəyişikliyi, müstəqillik ab-havası onun ədəbi istiqamətini daha çox jurnalistikaya yönəldib. O, Qarabağ gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində yaradılan “AssA-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, “Azeri Observer” jurnalının direktorudur.
Diqqətə çatdırılıb ki, Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən üç cildlik “Qara qan” tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üç cildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Romanın iki cildi çap edilmiş, üçüncü cildi isə yaxın vaxtlarda təqdim ediləcək.
Sonra Əflatun Amaşov Fazil Güneyə Mətbuat Şurasının diplomunu təqdim edib.
Tədbirdə Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar Jurnalist Yusif Kərimov, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, dinşünas alim Rafiq Əliyev, Xalq şairi Sabir Rüstəmxanlı, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri Yəhya Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, yazıçı-publisist Umud Rəhimov və digər çıxış edənlər Fazil Güneyi yubileyi münasibətilə təbrik edərək onun yaradıcılığından, gördüyü işlərdən söhbət açıblar. Bildirilib ki, o, millət üçün yanan, gözəl ideyaları olan insandır.
Qeyd olunub ki, Fazil Güneyin müxtəlif janrlarda yazılmış əsərlərinin aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. F.Güney yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifidir. “Ulduz sövdəsi” pamfletlər toplusunun, Qarabağ müharibəsindən bəhs edən “Qara qan” tarixi romanının, müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərindən seçmələrin toplandığı “Yalanın gerçəkliyi” kitabının müəllifi kimi şöhrət qazanıb. Onun “Yalanın gerçəkliyi” kitabı ABŞ-da ingiliscə çap olunub.
Diqqətə çatdırılıb ki, Fazil Güney həm də bir alim kimi öz sözünü deyib. Onun “Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası nəşr edilib, mütəxəssislər tərəfindən bəyənilib və bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib.
Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Birinci sevdiyi peşənin jurnalistlik olduğunu söyləyərək deyib: “Şərqşünaslıq fakültəsində oxusam da, həmişə yazmaq həvəsində olmuşam”.
O, medianın dövlətçilik ənənəsinə sadiq qalmasını arzulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34

