Böyük elm və mədəniyyət xadimlərinin adları Rusiyanın və Azərbaycanın ümumi sərvətidir
04.12.2015 [10:09]
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı humanitar əlaqələrin zəngin tarixi gələcək əməkdaşlıq üçün möhkəm təməl olacaq
Bu yaxınlarda Yesentukidə görkəmli rus alim və cərrahı, həyatının son illərini bu şəhərdə keçirmiş Vasili İvanoviç Razumovskinin barelyefinin təntənəli açılış mərasimi keçirilib. V.Razumovskinin xatirəsinin əbədiləşdirilməsi təşəbbüsünü Azərbaycan irəli sürüb. Bu, onunla bağlıdır ki, V.Razumovski müsəlman Şərqində ilk klassik ali məktəbin - Bakı Universitetinin birinci rektoru olub.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov barelyefin açılış mərasimində çıxış edərək xatırladıb ki, sonrakı dövrdə Bakı Universiteti milli kadrlar yetişdirən mənbə olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev, görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyev, Nobel mükafatı laureatı, fizik Lev Landau və başqaları müxtəlif illərdə bu ali məktəbi bitirib.
Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlıq həmişə yüksək səviyyədə olub. Azərbaycanda elmin və təhsilin inkişafına böyük töhfələr vermiş rusların adları tarixdə qalacaq. Rusiya tarixi də, öz növbəsində, görkəmli Azərbaycan xadimlərinin adlarını qoruyub saxlayır. Məsələn, azərbaycanlı rejissor Rauf Əliyev Bakı Dövlət Universitetinin tibb fakültəsinin kafedra müdiri və Azərbaycan Dövlət Tibb İnstitutunun mamalıq-ginekologiya klinikasının müdiri olmuş, faktiki olaraq respublikada hamilələrə kömək sistemini yaratmış Fyodor İlyinin taleyindən bəhs edən “Qadın tanrısı” adlı sənədli film çəkib.
Məşhur rus alimi Dmitri Mendeleyev Azərbaycanın neft sərvətlərinin tədqiqinə xeyli vaxt sərf edib. Məhz D.Mendeleyev Bakıda neft hasilatı texnologiyası ilə tanış olandan sonra neftin tərkibindən ağ neft ayrılandan sonra qalan kütlədən sürtkü yağları alınması üçün istifadə olunmasını təklif edib.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya deyib ki, məşhur bakılıların adları rusiyalıların hər birinə məlumdur. Musiqiçi Mstislav Rostropoviç, sənətşünas Vitali Vulf, aktyor və kinorejissor Yuli Qusman, bəstəkarlar Qara Qarayev, Polad Bülbüloğlu, dünyaşöhrətli müğənnilər Rəşid Behbudov və Müslüm Maqomayev... Bu siyahını bitirmək qeyri-mümkündür.
Nataliya Krasovskaya deyib: “Neft sənayesi coşqun inkişaf dövrü yaşayanda bütün Rusiyadan olan gənc mütəxəssislər Azərbaycana gedirdi. Azərbaycan paytaxtının sakinləri onilliklər ərzində rus dilində danışan, millətlərarası mədəniyyətin daşıyıcıları olan bakılıların unikal birliyini formalaşdırıb. Bu insanların adları hər bir sovet adamına tanış idi”.
Azərbaycan Neft İnstitutunun əməkdaşı Lev Qurviç Rusiya kosmonavtikasına “qatılaşdırılmış benzin” texnologiyasını bəxş edib. Bu yeni yanacaq sayəsində raketlərin quruluşu xeyli sadələşib. Bakı yanacağı ilə işləyən raketin 1933-cü ildə keçirilmiş ilk sınağı əla nəticə verib.
SSRİ adlanan nəhəng ölkənin xəritəsində Maqnitoqorsk rus şəhərinin yaranmasında Qubadlıdan olan mühəndis-metallurq, Maqnitoqorsk Metallurgiya Kombinatının tikintisinə rəhbərlik etmiş Çingiz İldırım böyük rol oynayıb. Bu kombinat Sovet İttifaqına hər il 2,5 milyon ton çuqun verirdi. Çingiz İldırım “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş ilk azərbaycanlı olub.
Rusiyanın neft-qaz sahəsində bugünkü uğurlar daha bir azərbaycanlının - həyatının 30 ildən çox dövrünü Qərbi Sibirdə neft axtarışına həsr etmiş, Tümenin şimalında 130-dan çox neft və qaz yatağının kəşf olunmasında iştirak etmiş Fərman Salmanovun adı ilə ayrılmaz surətdə bağlıdır. Fərman Salmanov Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının Əməkdar Geoloqu adlarına layiq görülüb, Surqut şəhərində bir məktəbə və bir küçəyə, neft-qaz kondensatı yatağına, teploxoda, təyyarələrə onun adı verilib. Moskva, Bakı, Surqut, Salexard, Xantı-Mansiysk və Tümen şəhərlərində Fərman Salmanova abidələr ucaldılıb, onun büstləri qoyulub.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, əsrlər boyu birgə yaşamış xalqlarımızın ümumi tarixi bizi etibarlı şəkildə bir-birimizə bağlayır. Rusiyalı parlamentari deyir: “Məsələn, heç kəsi təəccübləndirmir ki, rusiyalı kinorejissor, Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilmiş Nikita Mixalkov rus ədəbiyyatının klassiki Aleksandr Qriboyedov haqqında film üzərində iki ölkənin kinematoqrafçılarının birgə işləməsinin mümkünlüyü məsələsini Prezident İlham Əliyevlə müzakirə etmək üçün Bakıya gedir. Detektiv romanlar müəllifi Çingiz Abdullayev azərbaycanlı olsa da, əsərlərini yalnız rus dilində yazır, Rusiyanın federal telekanallarından birində xəbərlər buraxılışını azərbaycanlı İradə Zeynalova aparır. Bütün bunlar bizim ümumi sərvətimizdir, çünki elm və mədəniyyət xadimləri bir dildə danışır, Rusiya ilə Azərbaycan arasında humanitar körpüləri möhkəmlədirlər”.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54

