AZƏRTAC-ın məqaləsi və videomaterialı beynəlxalq mükafata layiq görülüb
11.12.2015 [10:04]
Moskvada gənc jurnalistlərin “Qafqaz regionunun sülh gələcəyi: ümumi tarix və müasirlik” mövzusunda VI Beynəlxalq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-a müsabiqənin qalibləri arasındadır. Agentliyin multimedia və videoxəbərlər şöbəsi tərəfindən müsabiqəyə təqdim olunan məqalə və videomaterial “1945-2015: bizim ümumi Qələbəmiz” nominasiyasında mükafata layiq görülüb.
AZƏRTAC-ın xəbər verdiyi kimi, yaradıcılıq yarışmasında Azərbaycan, Gürcüstan və Ermənistanın mətbu və elektron kütləvi informasiya vasitələrinin gənc əməkdaşları (35 yaşa qədər) iştirak ediblər. Müsabiqə işlərinin mövzusu Cənubi Qafqaz regionu ölkələri ilə Rusiya arasında münasibətlərin iqtisadiyyat və siyasətdən tutmuş müasir texnologiyalar və humanitar sahəyədək bütün istiqamətləri əhatə edib.
Müsabiqə “İnforos” İnformasiya Agentliyi, Rusiya Millətlər Birliyi Konqresi və Şanxay Əməkdaşlıq Təşkilatı İşgüzar Klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Müsabiqə çərçivəsində Kremlə, Qızıl meydana ekskursiya təşkil edilib, iştirakçı ölkələrin nümayəndə heyətləri ilə birgə “dəyirmi masa” ətrafında müzakirələr aparılıb. Müsabiqə iştirakçıları, həmçinin Dövlət Dumasında, “Rossiya seqodnya” agentliyində olublar.
Təkcə Qafqaz regionu ölkələrinin və Rusiyanın deyil, eyni zamanda, bütün postsovet məkanının media həyatında əlamətdar hadisəyə çevrilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsində keçirilib.
“İnforos” İnformasiya Agentliyinin baş direktoru Denis Tyurin mükafatlandırma mərasimində bildirib ki, Qafqazın sülh gələcəyi bir çox baxımdan gənclərdən, həmçinin informasiyanın düzgün təqdimatından və jurnalistlərin obyektivliyindən asılıdır. Bu müsabiqə də Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək, habelə qarşılıqlı etimad və səmimiyyət mühiti yaratmaq məqsədi daşıyıb.
Mükafatlandırma mərasimi Moskvadakı Azərbaycan və Gürcüstan etnomədəni təhsil komponentli 1331 nömrəli məktəbin şagirdlərinin konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

