Bakıda Beynəlxalq Şagird Konfransı keçirilir
11.12.2015 [10:08]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud və Haynrix Fridrix fon Dits - 200” mövzusunda Beynəlxalq Şagird Konfransı keçirir. Konfransın AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilmiş açılış mərasimindən öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Konfransda məktəblilərin rəsm sərgisi nümayiş etdirilib. Tədbiri açıq elan edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Prezident İlham Əliyev tərəfindən bu ilin fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında Sərəncam imzalandığını diqqətə çatdırıb. Bilik Fondunun bu istiqamətdə il ərzində ölkə daxilində və xaricində silsilə tədbirlər həyata keçirdiyini bildirən O.Səmədov Beynəlxalq Şagird Konfransının da bu silsilədən olduğunu söyləyib.
Qeyd edək ki, Beynəlxalq Şagird Konfransında Azərbaycanın bütün bölgələrini əhatə edən 16 şəhər və rayonun məktəbliləri iştirak ediblər. Bundan başqa, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən olan şagirdlər də öz ölkələrini təmsil ediblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov Dövlət müşaviri, akademik Kamal Abdullayevin konfrans iştirakçılarına salamlarını çatdırıb. K.Abdullayevin “siz gənclər və yeniyetmələr Ümummilli lider Heydər Əliyevin bizə əmanətisiniz” sözlərini xatırladan S.Hüseynov Bilik Fondunun ilboyu gənclərin və yeniyetmələrin hərtərəfli inkişafına yönəlmiş layihələr həyata keçirdiyini vurğulayıb. O, Beynəlxalq Konfransa Azərbaycanın bütün bölgələrindən, həmçinin xarici ölkələrdən də şagirdlərin həvəslə qatılmalarını “Kitabi-Dədə Qorqud” dastanına olan sevgi ilə əlaqələndirib.
Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova konfrans iştirakçılarına uğurlar arzulayaraq nazir Mikayıl Cabbarovun təbrik məktubunu oxuyub. Təhsil naziri məktubda məktəbliləri “Kitabi-Dədə Qorqud və Haynrix Fridrix fon Dits - 200” Beynəlxalq Şagird Konfransına qatılmaq hüququ qazandıqlarına görə təbrik edib, şagirdləri daha dərin biliklərə yiyələnməyə, həmçinin xaricdə yaşayan yaşıdları ilə sıx əlaqələr qurmağa çağırıb.
Çıxış edən Qəbələ rayon 1 nömrəli Nic kənd məktəbinin direktoru Sergey Dallari, Dağıstan Respublikası, Dərbənd şəhəri 6 nömrəli internat məktəbinin direktoru Vadim Quliyev belə konfransların şagirdlərin həyatında mühüm rol oynadığını, elmi mübadilələrə və gələcək elmi araşdırmalara zəmin yaratdığını deyiblər.
Plenar iclasda yaşıdlarını salamlayan Türkiyənin Elvankent Bilgi Anadolu liseyinin şagirdi Hüsnü Barak Sarıkaya, Gürcüstanın Kutaisi şəhər məktəbinin şagirdi Elizabet Porçxidze, Rusiyanın Moskva Şəhər Gimnaziyasının şagirdi Mariya Voroşilova, Naxçıvan məktəbliləri Suat və Suay Qasımlılar, Nardaran məktəblisi Həsən Ağayev beynəlxalq səviyyəli konfransda iştirakdan məmnun olduqlarını bildiriblər. “Kitabi-Dədə Qorqud” dastanının dünya folklorşünaslığına verdiyi töhfədən danışan natiqlər eposun şifahi ədəbiyyatda dastan yaradıcılığını zənginləşdirdiyini də dilə gətiriblər.
Dövlət Uşaq Filarmoniyasının və məktəblilərinin hazırladıqları bədii hissədən sonra konfrans iştirakçıları AMEA-nın 70 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar. Konfrans iki bölmədə işini davam etdirib.
Qeyd edək ki, tədbir iştirakçılarının Bakı şəhərində gəzintisi də nəzərdə tutulub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

