Heydər Əliyev - bütün zirvələrdən ucada dayanan lider
11.12.2015 [10:16]
Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm məqamlar olur, hadisələr baş verir. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, Ulu öndər Heydər Əliyev istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaq. O, Azərbaycanın yeni tarixində müstəqil dövlətin əsaslarını yaradan, onun ardıcıl inkişafını təmin edən siyasi kursun və inkişaf strategiyasının müəllifidir. SSRİ dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə möhtəşəm qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: “Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna “yaşıl işıq” yandırdı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədədir. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda - 1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən “Əsrin müqaviləsi”nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu öndər misli görünməmiş qlobal bir layihənin müəlliflik hüququnu qazandı.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bir-birindən çətin, o dövrdə həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin, insan hüquq və azadlıqlarının təminatı konsepsiyası hazırlandı, Milli Konstitusiya qəbul olundu. O, Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etmiş oldu. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu.
Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də əsası Ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasət dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi olması, nüfuz qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.
Bütün fəaliyyəti ilə Ulu öndər Heydər Əliyevin siyasi kursunun, Ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
Göründüyü kimi, Azərbaycanın 24 illik müstəqillik tarixi zaman baxımından o qədər böyük olmasa da, əldə olunan uğurların miqyasının böyüklüyü bu dövrü daha da zənginləşdirir. Azərbaycan düzgün təmələ əsaslanan siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. Təbii ki, bu günümüzü müstəqilliyimizin ilk illərində yaşanan durumla müqayisə etdikdə müqayisəsi mümkün olmayan reallıqların şahidi oluruq. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə bu reallığı diqqətə çatdırmışdır: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın söylədiyi “Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir” fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığının təsdiqidir.
Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycanın qarşısında bir-birindən əhəmiyyətli uğurlar dayanır. Xalqımız Heydər Əliyev siyasətinin davamlılığına dəstək olduğunu 2003, 2008 və 2013-cü il prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək cənab İlham Əliyevə səs verməklə təsdiqlədi. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.
Qarşıdakı 10 il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksəkgəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Təbii ki, bu məqsəd realdır və bunun üçün zəruri olan addımlar atılıb, uğurlu nəticələr göz önündədir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən regionların malik olduğu potensialdan səmərəli istifadəni vacib amil kimi önə çəkdi.
Regional inkişaf proqramının qəbul olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə üçün yaradılan şərait dinamik inkişafı təmin edir. Azərbaycanın uğurlu inkişafının bundan sonra da təmin olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində addımların davamlı olacağını bildirir. Bütün bölgələr bu gün inkişaf dövrünü yaşayır. Quruculuq, abadlıq işləri geniş vüsət alıb. Rayonlarda, qəsəbələrdə infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilmiş, yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrdə olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşür, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. O da məlumdur ki, cənab İlham Əliyevin hər bir bölgəyə səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri barədə Sərəncam imzalanır. Təbii ki, bu, hərtərəfli inkişafın dövlət siyasətinin əsasında dayandığını təsdiqləyən amillərdəndir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda cənab İlham Əliyev regionların inkişafında, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində Dövlət proqramlarının çox böyük rolu olduğunu önə çəkərək bu inamı ifadə etmişdir ki, bu gün Azərbaycan gələcəyə çox böyük inamla addımlayır.
Digər bölgələr kimi, Daşkəsən rayonu da öz inkişaf dövrünü yaşayır. Dövlət Proqramında rayonla bağlı tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi bu inamı söyləməyə əsas verir. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri fonunda bu fikri də əminliklə söyləyə bilərəm ki, 2015-ci il də Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsənin tarixinə ən sürətli inkişaf dövrü kimi yazılacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrə səfəri çərçivəsində Daşkəsən rayonu da xüsusi yer tutur. Səfər çərçivəsində ayrı-ayrı sosial obyektlərin açılışı və təməlqoyma mərasimində iştirak edən cənab İlham Əliyevin çıxışlarında hər zaman bu fikir önə çəkilir ki, uğurlarımız gələcəyə daha böyük nikbinliklə baxmağa əsas verir. Bölgələrimiz arasında sağlam rəqabət insanlarda böyük ruh yüksəkliyi yaradır. Rayonumuzda müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin adını daşıyan, Onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən Mərkəzin açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev dahi şəxsiyyətin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərinin böyüklüyündən geniş bəhs edərək, bu irsin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etmişdir. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak etmişdir.
Bu günümüzün reallığı budur ki, Azərbaycan islahatçı ölkə kimi dünya birliyində özünə layiq yer tutub. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmizin inkişaf modelinin cəlbedici olduğu xüsusi qeyd edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin beşinci çağırış Milli Məclisin ilk iclasında böyük inam və qətiyyətlə söylədiyi kimi, bu gün Azərbaycan özünü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edir. Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Xalq tərəfindən dövlətin siyasətinə verilən dəstək ölkəmizdə gözəl ab-hava yaratmaqla yanaşı, yeni-yeni hədəflərin gerçəkləşdirilməsini sürətləndirir.
Əhəd Abıyev,
Daşkəsən rayon
İcra Hakimiyyətinin başçısı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27

