UNEC-də Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib
11.12.2015 [10:18]
Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzüblər.
Anım mərasimi UNEC-in Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə öncə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov Ulu öndərin keçdiyi mənalı həyat yoluna qısa nəzər salaraq bildirib ki, “Ümummilli lider Heydər Əliyev elə bir zirvədir ki, ona çatmaq mümkün deyil. Azərbaycanın bugünkü inkişafının təməl daşını Ulu öndər hələ respublikaya rəhbərliyinin ilk dövrlərində atıb”, - deyən rektor Azərbaycan təhsilinin inkişafında dahi şəxsiyyətin rolunun əvəzsiz olduğunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Heydər Əliyevin xidmətləri, sözün əsl mənasında, əvəzsizdir.
Universitetlər arasında birinci yerdə olan və bacarıqlı kadrların hazırlanmasında UNEC-in lider olduğunu qeyd edən rektor gələcəkdə ali təhsil mərkəzinin məzunlarının təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış şəxsiyyət kimi formalaşacağına ümid etdiyini əlavə edib. Bildirib ki, bu islahatlar Ümummilli lider Heydər Əliyevin tövsiyələri və Onun layiqli davamçısı Prezident İlham Əliyevin bizə verdiyi tapşırıqlar əsasında gerçəkləşdirilir.
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə Ümummilli liderin Azərbaycanda hakimiyyəti illərində gördüyü işlərdən, yürütdüyü siyasətdən, reallaşdırdığı böyük layihələrdən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan, ilk növbədə, məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, Öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələri aradan qaldırıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu, ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı.
Azərbaycan tarixində əbədi və uca yer tutan Ulu öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını söyləyən A.Rəhimzadə müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyini, dünya birliyində mövqelərini daha da möhkəmləndirdiyini və regionun lider dövlətinə çevrildiyini vurğulayıb.
Universitetin professoru Arif Şəkərəliyev məruzə ilə çıxış edərək Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Sonda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

