Ümummilli lider Heydər Əliyevin Vətən, xalq qarşısındakı xidmətləri əvəzsizdir
11.12.2015 [10:20]
Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Asif Hacıyev Ulu öndərin müasir müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən, gənclərə qayğısından söz açıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin elm və təhsil sahəsinə xüsusi diqqətindən danışan rektor qeyd edib ki, dahi rəhbər tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün Ümummilli liderin arzuladığı yolla fəaliyyətini davam etdirir, respublikamızın Şərqi Avropa və slavyan ölkələri ilə əlaqələrinin genişlənməsində, Azərbaycan həqiqətlərinin xaricdə təbliğində mühüm rol oynayır. Rektor Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Bakı Slavyan Universitetinə qayğı və diqqətini əsirgəmədiyini vurğulayıb, dövlətimizin başçısının son illər BSU barədə imzaladığı sərəncamları dərin minnətdarlıqla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Dövlət müşaviri bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Bugünkü Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin arzu etdiyi kimidir. Ulu öndər quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirib. Azərbaycanın ən ağır anlarında dahi şəxsiyyət Heydər Əliyev daim xalqın yanında olub. Xalqımız çətin anlarında müdrik rəhbərinə üz tutmuş, Onu hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Prezident İlham Əliyev Ümummilli liderin siyasi kursunu ləyaqətlə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru inamla irəliləyir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

