BDU-da professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub
11.12.2015 [10:22]
Dekabrın 10-da Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, BDU-nun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli alimin zəngin elmi fəaliyyətindən danışıb. Bildirilib ki, 1971-1987-ci illərdə BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışmış Y.Məmmədovun fəaliyyət dövrü mürəkkəb illərə təsadüf etsə də, o, universitetdə tənəzzülün qarşısını almağa çalışıb, milli düşüncənin beşiyinə çevrilən bu ali təhsil ocağının başında vətənpərvər ziyalının dayandığını ləyaqətlə nümayiş etdirib. Alim dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konqres və konfranslarda Azərbaycan riyaziyyat məktəbini ləyaqətlə təmsil edib, keçmiş SSRİ Ali Təhsil Nazirliyinin nəzdindəki Elmi Metodik Şuranın Riyaziyyat Bölməsi rəyasət heyətinin üzvü olub. Professor Y.Məmmədov bir çox nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən, “Akademik Vavilov” medalına, “Drujba narodov” ordeninə layiq görülüb, ABŞ-ın Minneapolis şəhərinin “Fəxri vətəndaşı” seçilib. Böyük xidmətlərinə görə 1980-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı verilib, 1983-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Sonra mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərovun “Görkəmli alim, ictimai xadim və elm təşkilatçısı” mövzusunda məruzəsi dinlənilib.
BDU-nun hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva bildirib ki, 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək aspiranturada elmi fəaliyyətini davam etdirən Y.Məmmədov 1957-ci ildə namizədlik dissertasiyası müdafiə edib, universitetdə müəllim, sonralar isə baş müəllim, dosent kimi çalışıb. O, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək hesablama riyaziyyatı kafedrasının müdiri seçilib və ömrünün sonunadək bu vəzifəni uğurla icra edib. Professor Qalina Mehdiyeva hesablama riyaziyyatı kafedrasının fəaliyyətindən də söz açıb. Bildirilib ki, görkəmli alim Y.Məmmədovun rəhbərliyi ilə kafedra çox böyük inkişaf yolu keçib. Bu illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf edib və respublikada onun məktəbi yaranıb. Hesablama riyaziyyatı kafedrası dünyanın qabaqcıl universitetləri ilə sıx əlaqələr qurub. Kafedranın əməkdaşları nüfuzlu universitetlərdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edirlər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, Y.Məmmədovun mənalı və şərəfli ömür yoluna, elmi fəaliyyətinə nəzər saldıqda, onun milli ideallara bağlı nəcib şəxsiyyət olduğu bir daha qabarıq görünür. Y.Məmmədov elmi axtarışları ilə daim öyrənməyə, həqiqəti üzə çıxarıb isbatlamağa, əldə etdiyi faydalı nəticələri praktik surətdə gerçəkləşdirməyə çalışıb. Qeyd edilib ki, görkəmli alim, pedaqoq kimi 1987-ci ildə o, Azərbaycanın ən nüfuzlu təhsil ocağının - Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru seçilib. Beləliklə də, tədqiqatçı alim respublikanın siyasi-ictimai həyatındakı burulğanların, milli-azadlıq hərəkatının, insanların düşüncəsindəki yenilənmənin, milli intellektual-kulturoloji mühitdəki dəyişikliklərin mərkəzinə düşüb. Ermənilərin Azərbaycan torpaqlarını işğal etmələrinə, həmvətənlərimizin minillik doğma yurd-yuvalarından didərgin salınmalarına etiraz edən tələbələrin önündə o zaman rektor Yəhya Məmmədov gedirdi.
Konfrans işini dekabrın 11-də dörd bölmə üzrə davam etdirəcək. İclaslarda ümumilikdə 130 məruzə dinləniləcək, müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

