Aleksandr Oleşko: Heydər Əliyev Fondu insanları xeyirxahlıq bayrağı altında birləşdirir
19.12.2015 [09:16]
“Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ənənəyə görə ildə bir dəfə Moskvadakı “Baku” kinoteatrında sizin üçün yolka bayramı təşkil edir. Gəlin hamımız Heydər Əliyev Fonduna təşəkkürümüzü bildirək və Fondun vitse-prezidenti, uşaqları çox sevən və onlar üçün çox iş görən Leyla Əliyevaya salamlarımızı göndərək”.
Rusiyanın Əməkdar artisti, teatr və kino aktyoru, “Ostankino” Uşaq Akademiyasının emalatxana rəhbəri Aleksandr Oleşko bu sözləri “Baku” kinoteatrında yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) ilə birlikdə təşkil edilmiş Yeni il bayramında uşaqlara müraciətlə söyləyib.
Bayrama 500-dən çox uşaq - general Kərim Kərimov adına 1583 nömrəli gimnaziyanın və 1331 nömrəli gürcü etnomədəni təmayüllü məktəbin şagirdləri, RF paytaxtındakı uşaq evlərində tərbiyə alan balacalar gəlmişdi.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova deyib: “Biz Yeni il bayramına xüsusi hazırlaşırıq. Uşaqlara sehrli və heyrətamiz nağıl dünyası bəxş etmək bizi həmişə sevindirir. Hər il təcrübəli artistləri dəvət edir, tədbirin ssenarisini və xüsusi effektləri hərtərəfli götür-qoy edirik. Bütün bu işlər Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın ciddi nəzarəti altında keçirilir”.
Həmin gün peşəkar animatorlar “Akva-qrim”, “Bacarıqlı əllər dərnəyi”, Şaxta Baba, Qar Qız və Küpəgirən qarının iştirakı ilə “Yolka ətrafında”, “Sabun qovuqları şousu”, “Şokoladlı fontan”, “Fototeatr” attraksionu və başqa interaktiv proqramlarla uşaqları sevindiriblər. Hətta ən balaca iştirakçılar da şövqlə rəqs edirlər.
Bayram şənliyi çərçivəsində Yeni ilə həsr edilmiş pryanik və açıqcaların rənglənməsi üzrə ustad dərsləri də təşkil edilmişdi. Sonra uşaqlar, valideynlər, müəllimlər və tərbiyəçilər kinoteatrın tamaşa zalına daxil oldular. Burada tamaşaçıların sevimlisi Aleksandr Oleşko balacaları və onların valideynlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi, öz repertuarından məşhur uşaq mahnılarını ifa etdi.
S.Obraztsov adına Moskva Akademik Kukla Teatrının artistləri tərəfindən hazırlanmış “Morozko” kukla tamaşası xüsusi maraqla qarşılandı.
Bayrama gəlmiş uşaqların hamısına ənənəvi Yeni il hədiyyələri paylandı.
Konsertdən sonra RF Əməkdar artisti Aleksandr Oleşko AZƏRTAC-a müsahibə verib. Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirən A.Oleşko deyib: “Heydər Əliyev Fondu çox xeyirxah işlər görür, xeyriyyə layihələri həyata keçirir. Mən özüm də belə tədbirlərin bir neçəsində iştirak etmişəm və çox şadam ki, xeyirxah işlər görülməsinə adi bir insan və artist kimi, imkan daxilində töhfə vermişəm. Heydər Əliyev Fondu insanları xeyirxahlıq bayrağı altında birləşdirir, dünyamızı daha səmimi edir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03

