Son beş ildə gənclər sahəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib
23.12.2015 [10:25]
Dekabrın 22-də Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə gənclər sahəsinə göstərilən dövlət qayğısından danışıb. Nazir bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində, beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Ölkə gənclərinin hərtərəfli inkişafının təmin edilməsi bu sahədə dövlət siyasətinin başlıca məqsədidir. Gənc nəslin mənəvi və fiziki sağlamlığı, vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin intellektual inkişafı, cəmiyyətin ictimai həyatında fəal iştirakı, onların asudə vaxtının mənalı təşkili kimi məsələlər daim diqqət mərkəzindədir.
Azad Rəhimov qeyd edib ki, proqram ötən beş il ərzində uğurla icra olunub. Bu müddətdə çox əhəmiyyətli işlər görülüb və böyük nailiyyətlər qazanılıb. Bu işlərin ümumi əlaqələndirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunsa da, tərəfdaşlarımızın əməyi olduqca böyükdür.
Sonra ötən beş ildə gənclər sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.
Videoçarxın nümayişindən sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, bu müddət ərzində 675 tədbir keçirilib ki, onlardan 121-i beynəlxalq səviyyədə olub. Ümumilikdə indiyədək 33 “Gənclər evi” tikilib. Hazırda beş “Gənclər evi”nin tikintisi davam edir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda gənclər siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev 1993-2003-ci illərdə 43 dəfə gənclərlə bağlı tədbirlərdə iştirak edib, bu sahəyə dair sənədlər imzalayıb. Ulu öndərin 1994-cü il iyulun 26-da imzaladığı Fərmana əsasən, Gənclər və İdman Nazirliyi yaradılıb. Azərbaycan gənclərinin ikinci forumundan sonra - 1999-cu ildə Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərmanla ölkəmizdə ilk dəfə bu sahədə əhatəli sənəd hazırlanmış oldu.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Prezident İlham Əliyevin tapşırığı ilə hazırlandığını qeyd edən Tahir Süleymanov bildirib ki, bu mühüm sənədin ərsəyə gəlməsində gənclər təşkilatlarının və beynəlxalq qurumların da mühüm rolu olub. Gənclərin yüksək vəzifələrə irəli çəkilməsi hər zaman diqqət mərkəzində olub.
Qeyd edilib ki, ötən beş ildə Dövlət Proqramının icrası istiqamətində böyük işlər görülüb, genişmiqyaslı yerli və beynəlxalq layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması proqramın ilk müddəalarından biri idi. Fond təxminən üç il yarımdır fəaliyyət göstərir və bu müddət ərzində 2333 layihəyə maliyyə dəstəyi verib. Bu layihələrə təxminən 13,5 milyon manat vəsait ayrılıb. Fond gənclərin fərdi layihələrinə də maliyyə dəstəyi göstərir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri və digərləri çıxışlarında “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının uğurla icra olunmasından danışıb, onun əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu gün gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Müstəqillik dövründə böyüyüb yetişən, yüksək təhsil alan gənclərimizin ölkəmizi uğurla təmsil etməsi məhz bu siyasətin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

