“Qanlı Yanvar” Nizami rayonunda nümayiş olunub
13.01.2016 [09:31]
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və ANS Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə 12 saylı orta məktəbdə “ANS Müstəqil Yayım və Media Şirkəti”nin sifarişi ilə istehsal olunan “Qanlı Yanvar” bədii filmi nümayiş olunub.
Beynəlxalq aktyor heyətinin iştirak etdiyi və təxminən 2 saat 10 dəqiqə davam edən “Qanlı Yanvar” bədii filmi Azərbaycanın ən yeni tarixinin şanlı məqamlarını əks etdirib. Filmdə Azərbaycan xalqının öz milli azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin 20 Yanvar səhifəsi bədii təcəssümünü tapıb. “Qanlı Yanvar” bədii filmi 1990-cı ilin 20 Yanvar günü baş verən faciəli hadisələri bir azərbaycanlı ailəsinin - Nərimanovlar ailəsinin gözü ilə göstərib.
Filmin nümayişindən sonra çıxış edən “Qanlı Yanvar” filminin baş rol ifaçıları Tamilla Həmidova və Azər Aydəmir çəkiliş prosesindən bəhs edib, tamaşaçıların suallarını cavablandırıblar.
Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, bu film gənclərimizin maarifləndirilməsində mühüm rol oynayacaq: “Bu film bizə həmin hadisələrin dəhşətlərini bir daha xatırlatdı. Lakin düşünürəm ki, gənc nəsil burada bir şücaət və qəhrəmanlıq gördü. Azərbaycanlıların qeyrəti, döyüş əzmi, savaşa hazırlığı və ən əsası, hər bir azərbaycanlının ürəyində çırpınan azadlıq eşqini gördü”.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir: “Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü dərk etdi və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir: “Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik”.
Sonda “Yaddaş”, “Xoca”, “Seçilən” və “Bulağıstan” filmlərilə müasir Azərbaycan kinosu sənayesinə töhfələrini vermiş, xalqımızın qəhrəmanlıq salnaməsini dünyaya nümayiş etdirən, Rusiya, Estoniya, Braziliya, Hindistan kimi ölkələrdə, Monreal, “Qoa” və “Black nights” beynəlxalq film festivallarında nümayiş olunan və mükafatlandırılan “Qanlı Yanvar” filminin rejissoru, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mirşahin Ağayev YAP Nizami rayon təşkilatının Fəxri fərmanları ilə təltif ediliblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, filmin nümayişi iki gün davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

