Azərbaycanda təhsil müəssisələrində ödəniş manatla həyata keçirilir
13.01.2016 [09:33]
Ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı iddiaların heç bir əsası yoxdur
Azərbaycanda təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin sözügedən istiqamətdə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin, təfəkkürünün inkişafına xidmət edir. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı gücləndirməyə yönəldir. Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndəriliblər.
Digər tərəfdən, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi - dövlət gənclər siyasətinin əsasını təşkil edir. Eyni zamanda, gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar da dövlət gənclər siyasətinin mühüm elementlərindən biridir. Bir sözlə, tələbə gənclərin təqaüdlərinin artırılması, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, dövlətin böyük maddi və mənəvi dəstəyi hesabına 10 mindən artıq azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir.
Elə ötən il noyabrın 10-da ölkə başçısı İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə imzaladığı Sərəncam da ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısının növbəti ifadəsidir.
Amma təəssüflər olsun ki, bəzi dairələr təhsil sahəsində görülən işlərə kölgə salmağa çalışırlar. Burada məqsəd bu sahədə qazanılan uğurları arxa plana keçirmək və guya təhsildə “ciddi problemlər”in olduğunu göstərməkdir. Belə ki, son zamanlar ABŞ dollarının məzənnəsinin yüksəlməsi ilə əlaqədar ölkəmizdəki ali məktəblərdə guya təhsil haqlarının dollarla ödənilməsi haqqında da bəzi məlumatlar yayılıb. Öz növbəsində, Təhsil Nazirliyi sözügedən məsələyə dərhal reaksiya verib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Təfəkkür Universitetinin tələbələrdən təhsil haqlarının Azərbaycan manatı ilə deyil, dollarla ödənilməsinin tələb olunması ilə bağlı məlumat araşdırılıb: “Universitetdən bildirilib ki, təhsil müəssisəsinin binasında belə bir elan asılmayıb, tələbələrin təhsil haqqında da heç bir dəyişiklik olmayıb”.
Nazirlikdən o da qeyd olunub ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir və bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də əksini tapıb: “Həmin müqavilələr tələbələr təhsillərini başa vuranadək qüvvəsində qalmalı, təhsil haqlarının səviyyəsi dəyişməməlidir. Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmək haqqı yoxdur”.
Nazirlikdən, eyni zamanda, əlavə ediblər ki, yeni tədris ili üzrə təhsil haqlarının artması və ya azalması məsələsinə martda qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq.
Göründüyü kimi, yaranmış vəziyyətdən kimlərsə sui-istifadə edərək ictimai rəyi çaşdırmağa çalışırlar. Yəni ölkəmizdə bəzi qüvvələr mövcuddur ki, hər bir fürsətdə yalan məlumatlar yaymaqla ictimaiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərirlər. Və bu dəfə də həmin qüvvələrin himayəsində olan mətbuat orqanları sözügedən məsələ ilə bağlı yalan məlumatlar yaydılar. Amma Təhsil Nazirliyinin rəsmi açıqlaması bu məsələdə hər hansı problemin olmadığını göstərir. Beləliklə də, məlum dairələrin çirkin niyyətləri yenə də fiaskoya uğradı.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

