Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb
09.02.2016 [09:42]
Fevralın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” fikrini özünə deviz seçən qış məktəbi ötən ilin yayında keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq təşkil edilib. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. Xarici ölkə universitetlərindəki tələbələrin, mütəxəssislərin “Azərbaycan multikulturalizmi” fənni ilə tanış olduqdan sonra Azərbaycana gəlmələri, fənn vasitəsilə öyrəndiklərini əyani şəkildə öz gözləri ilə görmələri, həmyaşıdları ilə ünsiyyət qurmaları, bu ünsiyyəti sonralar davam etdirmələri çox vacibdir.
2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.
Beynəlxalq Multikulturalizm qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.
Beynəlxalq Multikulturalizm qış məktəbinin ilk günü iştirakçılar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Qış məktəbinin rəsmi açılış mərasimi Bakı Slavyan Universitetində (BSU) keçirilib. Mərasimi universitetin rektoru, professor Asif Hacıyev açaraq qış məktəbi iştirakçılarını salamlayıb. Rektor 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, multikulturalizm Azərbaycan xalqının çoxəsrlik həyat tərzidir: “Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yanaşı yaşayırlar”.
BBMM-in Drezden (Almaniya) filialının icraçı direktoru Bircit Vaysgerber bu vəzifəyə yeni təyin edildiyini deyib və bu məsuliyyətin öhdəsindən uğurla gələ biləcəyinə ümidvar olduğunu bildirib.
Lusofona Universitetinin (Portuqaliya) beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasio Azərbaycanda olmasından məmnunluğunu bildirib və qış məktəbinin uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
2015-ci ildə Azərbaycanda təşkil edilən Beynəlxalq Multikulturalizm yay məktəbinin Rusiya, Bolqarıstan və Belarusdan olan iştirakçıları öz xatirə və təəssüratlarını bölüşüblər. Yay məktəbi iştirakçılarının Azərbaycan multikulturalizmi, ölkəmizlə bağlı təqdim etdikləri videoçarx böyük marağa səbəb olub.
Açılış mərasimindən sonra qış məktəbinin tələbələri BSU-nun muzeyi və “Azərbaycan multikulturalizmi” kafedrası ilə tanış olublar. Tələbələrə muzeyin və kafedranın yaradılması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Sonra tələbələr BSU-nun azərbaycanşünaslıq, Rusiya, Ukrayna, Sankt-Peterburq və Vilhelm fon Humboldt adına Alman Tədris-Mədəniyyət mərkəzləri, eləcə də Türkiyə Araşdırmalar Mərkəzi, Müasir Yunan Dili və Mədəniyyəti, Bolqar Dili və Mədəniyyəti, Polyak Dili və Mədəniyyəti, Viktor Hüqo adına Fransız Dili və Mədəniyyəti, Belarus Dili və Mədəniyyəti, Çex Dili və Mədəniyyəti mərkəzlərində olublar.
Günün ikinci yarısında qış məktəbi iştirakçılarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) görüşü təşkil edilib. Görüşü BBMM-in icraçı direktoru, professor Azad Məmmədov açaraq tələbələri salamlayıb.
BBMM-in müşaviri, professor Aytən Qəhrəman təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı qısa müddətdə böyük miqyaslı işlər və çoxsaylı layihələr həyata keçirib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurlu fəaliyyəti nəticəsində hazırda dünyanın 13, Azərbaycanın 28 universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris olunur.
Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin intellektual infrastrukturun formalaşdırılması layihəsinin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 21 iyul-1 avqust tarixlərində keçirilən “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: “Öyrən, araşdır, paylaş” Beynəlxalq Multikulturalizm yay məktəbi təşkil edilib. BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideyası əsasında həyata keçirilən bu layihənin başlıca məqsədi “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu tələbələrə Azərbaycanı əyani şəkildə göstərmək, onların nəzəri biliklərini real həyatda möhkəmləndirmək və tələbələri Azərbaycanın əsl dostlarına çevirməkdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların və konfessiyaların, icmaların rəhbərləri ilə bütövlükdə 21 görüş və müşavirə, 11 “dəyirmi masa”, 8 seminar, xarici ölkələrdə isə 6 beynəlxalq konfrans, 14 seminar və görüş keçirib. Prezidentin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, eləcə də həyata keçirilən bütün bu işlər multikulturalizmin dövlət siyasətində prioritet istiqamət olduğunun, Azərbaycanda müxtəlif konfessiyalar və etnik birliklərin dostluq, qardaşlıq şəraitində yaşadığının, ölkəmizdə normal multikultural əhvalın mövcudluğunun göstəricisidir”.
BBMM-in analitika şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə Mərkəzin nəşr etdiyi, 25 dilə tərcümə olunmuş Fridrix fon Ditsin ön sözü ilə “Basatın Təpəgözü öldürdüyü boy”un təqdimatını edib. Şöbə müdiri bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamında nəzərdə tutulan fəaliyyət proqramına uyğun olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən böyük layihə həyata keçirilib: “Fridrix fon Ditsin ön sözü ilə “Basatın Təpəgözü öldürdüyü boy” akademik Kamal Abdullayevin baş redaktorluğu və ön sözü ilə 25 dildə - Azərbaycan, alman, avar, Çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udi, Ukrayna, yapon, yəhudi və yunan dillərində nəfis tərtibatla çap edilib. Gələcəkdə kitabın ispan, portuqal, İndoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə nəşri nəzərdə tutulub”.
N.Qasımzadə “Kitabi-Dədə Qorqud” abidəsində yer alan multikultural elementlər və çoxdinlilik təzahürləri barədə söz açıb.
Qış məktəbinin tədris hissəsindən sonra tələbələrin Filarmoniya Bağı, Dənizkənarı Bulvar, Bakı Venesiyası, Xalça Muzeyi, Qız Qalası və Kukla Teatrına gəzintisi təşkil edilib.
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

