Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hacıqabulda 26 min 420 nəfər rayon sakini tibbi müayinədən keçirilib

Hacıqabulda 26 min 420 nəfər rayon sakini tibbi müayinədən keçirilib

08.04.2016 [09:32]

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da əhalinin kütləvi dispanserizasiyası davam edir.
AZƏRTAC xəbər verir ki, humanitar aksiya rayon üzrə 71 mindən çox əhalini əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə bununla bağlı kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon İcra Hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi tibbi müayinələrin mütəşəkkil keçirilməsi üçün müasir avadanlıqlarla təchiz olunub. Qrafikə əsasən, fevralın 15-dən indiyədək 26 min 420 nəfər müayinədən keçirilib. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar.
Müayinədən keçirilən sakinlərdən 1425 nəfəri ambulator, 149 nəfəri stasionar müalicəyə cəlb olunub, 55 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının sağlamlığına qayğıkeş münasibəti sakinlər tərəfindən razılıqla qarşılanır.
Qeyd edək ki, əhalinin tibbi müayinəsinin yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 1 kənd xəstəxanası, 10 həkim və 12 tibb məntəqəsi də aksiyaya cəlb olunub.

Paylaş:
Baxılıb: 659 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30