Nərimanov rayonundakı internat məktəbində uşaqlar üçün bayram tədbiri keçirilib
02.06.2016 [09:55]
Bakının Nərimanov rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif uşaqlar iştirak ediblər.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev internat məktəbində təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin, onun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin, Zərifə Əliyeva adına Uşaq Bağçasının, 6 saylı uşaq poliklinikasının, “Ankara” məktəbinin, Psixonevroloji Uşaq Evinin yeni tikilən korpusunun, Respublika Talassemiya Mərkəzinin və Məktəb Kompleksinin açılışları Mehriban xanım Əliyevanın uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir.
Milli Məclisin deputatı Adil Əliyev bayram münasibəti ilə uşaqları təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda, uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıb.
Bayram tədbiri uşaq yaradıcılıq qruplarının maraqlı bədii kompozisiyaları və tanınmış sənətçilərin çıxışı ilə davam etdirilib.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22

