Azərbaycan aqrar elminin inkişafı tarixində əvəzsiz xidmətləri olan alim
14.02.2017 [09:32]
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev subtropik bitkiçilik sahəsində 300-dən artıq elmi əsərin, o cümlədən 40-dan çox kitabın, monoqrafiyaların, metodiki vəsaitlərin, tövsiyələrin müəllifidir. Alim feyxoa, çay, zeytun, badam, kivi, əncir və s. bitki sortlarının yaradıcılarındandır. Onun çay, limon, naringi, portağal, qreyfrut, feyxoa, zeytun, kivi, innab, əncir, badam, nəcib dəfnə və s. subtropik bitkilər, bir sıra dərman bitkiləri üzərində apardığı elmi-tədqiqat işlərinin nəticələri təsərrüfatlarda geniş tətbiq edilərək, ali məktəblərin tədris proqramlarına, tədris vəsaitlərinə daxil edilmiş, xarici dillərə tərcümə olunmuşdur.
F.Quliyev 19 may 1937-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş, 1959-1961-ci illər ərzində Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran Filialında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1965-ci ildə Gürcüstan Subtropik Təsərrüfatı İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.
Alim 1967-ci ildə AR Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Azərbaycan Bağçılıq və SB ETİ-nin Lənkəran Filialında aqrokimya və bitki fiziologiyası laboratoriyasının müdiri vəzifəsində fəaliyyətə başlamış və 1968-ci ildən 1984-cü ilə qədər Lənkəran Filialının direktoru vəzifəsində çalışmışdır.
O, 1973-cü ildə “Baş elmi işçi” və 1988-ci ildə isə “Dosent” elmi adına layiq görülmüşdür.
Alim, həmçinin “Xalqlar Dostluğu” ordeni və “Əmək Rəşadəti” medalları ilə təltif olunmuşdur. 1988-ci ildə isə Gürcüstan Subtropik Təsərrüfatı İnstitutunda (Suxumi şəhəri) “Azərbaycanda çay bitkisinin intensiv texnologiyasının elmi əsasları” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsini almışdır.
1982-ci ildə “Azərbaycan Respublikasının Əməkdar aqronomu” fəxri adına layiq görülmüşdür.
1995-1996-cı illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Beynəlxalq elmi-texniki əməkdaşlıq və informasiya” idarəsinin rəisi vəzifəsində çalışmışdır.
1996-1998-ci illərdə İran İslam Respublikasında Ərdəbil Azad İslam Universitetində elmi-tədqiqat işləri üzrə və İran Kənd Təsərrüfatı Nazirliyində bağçılıq və subtropik bitkilər üzrə müşavir vəzifəsində işləmişdir.
1993-cü ildə “Professor” elmi rütbəsini almış, 1996-cı ildə “Beynəlxalq Ekoenergetika Akademiyası”nın həqiqi üzvü seçilmişdir.
2003-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və aqrotexnologiya” kafedrasının müdiri vəzifəsində çalışmışdır. “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomuna layiq görülmüşdür.
F.Quliyev 2015-ci ildən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsində çalışır.
Çayçılıq və sitrusçuluq sahəsində əldə etdiyi mühüm elmi nailiyyətləri ilə bir məktəb yaradan və neçə-neçə aqrar mütəxəssisin hazırlanmasında fəal iştirak edən alim təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yaxşı tanınır. 2015-ci ildə o, istedadlı gənc alimlərin yetişdirilməsində xidmətlərinə, subtropik bitkilərin becərilməsi və ekologiyasının elmi-praktik əsaslarının öyrənilməsi sahəsində apardığı elmi tədqiqatlarına, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və aqrar elminin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diplomuna layiq görülmüşdür.
Alim 2 feyxoa sortu və “Orqanizmlərin ətraf mühit amillərinin mutagen təsirinə davamlılığının artırılması üsulu” patentinin həmmüəllifidir.
F.Quliyev 2014-2015-ci illərdə müəllifi olduğu 4 çay sortunu - “Fərmançay”, “Lənkəran”, “Xəzər” və “Fərmançay Çəhrayı” - Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim etmişdir.
Hazırda alim ingilis dilində nəşr edilən “Aqrar elmlərin salnamələri” beynəlxalq və “Yaşıl Çay” jurnallarının redaksiya heyətinin üzvüdür. O həm də Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti və Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi İctimai Birliyinin Lənkəran cənub Regional Departamentinin sədridir.
Onun rəhbərliyi ilə Azərbaycanın və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və tədris müəssisələri üçün 15 aspirant və dissertant hazırlanmışdır. Alimin elmi əsərləri Azərbaycan, rus, fars, ingilis, çin, gürcü və s. dillərdə çap olunmuşdur.
Bu il Azərbaycan elmində özünəməxsus yeri və rolu olan, zəngin elmi yaradıcılığa malik professor Fərman Quliyevin 80 yaşı tamam olur. Bu illər ərzində yorulmadan çalışaraq, ölkəmizdə aqrar elmin inkişafına əvəzsiz töhfələr verən görkəmli alimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzu edirik!
Nərgiz Qəhrəmanova
AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması
idarəsinin Elektron informasiya
şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

