/ / Daşkəsən rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Daşkəsən rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
23.02.2017 [10:03]
Dünən Daşkəsən rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam edib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artıb, mövqeləri daha da möhkəmlənib, ötən il sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olub. Rayonda hesabat dövründə görülən işlər haqqında məlumat verən Ə.Abıyevin sözlərinə görə, ölkəmizin hər yerində son illərdə geniş vüsət alan quruculuq və abadlıq işləri Daşkəsən rayonunun timsalında aydın görünür: “2016-cı ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 2,9 faiz çox olmuşdur. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir. Ümumilikdə rayon üzrə 2016-cı ildə 877 daimi olmaqla, 972 yeni iş yeri açılmışdır. 2016-cı il ərzində 500 nəfər rayon ərazisində mövsümi təmir-tikinti işlərinə cəlb edilmişdir. Cari ildə də rayonda müxtəlif qurumlarda olan 142 müvəqqəti iş yeri saxlanılaraq vaxtı uzadılmış və əlavə olaraq 9 yeni iş yeri açılmışdır. Hesabat ilində rayonda əhalinin sayı əvvəlki ilə nisbətən 382 nəfər artaraq 34 min 808 nəfər olmuşdur. Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3540 nəfər) və 321 məcburi köçkün ailəsi (976 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir. 2016-cı ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 98,4 faiz, xərclər üzrə 94,4 faiz yerinə yetirilmişdir”.
2016-cı il ərzində rayon ərazisində görülən tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri haqqında da məlumat verən Əhəd Abıyevin sözlərinə görə, hesabat dövründə “Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kV-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisi başa çatdırılaraq istifadəyə verilib: “Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır. Quşçu həkim məntəqəsində əsaslı, Daşkəsən rayon Mərkəzi Xəstəxana binasının dam örtüyündə cari təmir işləri görülmüşdür. Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılmışdır. Daşkəsən şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbin dam örtüyü və Daşkəsən qəsəbə tam orta məktəbin döşəməsi yenisi ilə əvəz olunmuş, istinad divarı tikilmiş, Bayan kənd ümumi orta məktəbin istinad divarında gücləndirmə və bərpa işləri yerinə yetirilmişdir. Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının fasadları və giriş blokları təmir olunaraq rənglənmiş, binaların bloklarının giriş qapıları metal qapılarla, pəncərələri isə plastik pəncərələrlə əvəz olunmuşdur. Bu işlərə 37 nəfər fəhlə qüvvəsi cəlb edilmişdir. 2017-ci ildə də Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binasının bu qaydada təmir olunması nəzərdə tutulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ qəsəbəsində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 2 fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir.
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır”.
Gələn il Daşkəsən səhərinin salınmasının 70 illiyinin tamam olduğunu söyləyən İH başçısının bildirdiyinə görə, bununla bağlı müvafiq kompleks tədbirlər planı işlənib hazırlanmalı və hazırlıq işləri görülməlidir.
Daha sonra rayonda kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə məlumat verilib. Əhəd Abıyev deyib ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində görülən işlər uğurlu nəticələr verib. Belə ki, rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir: “2016-cı ildə ümumilikdə 2178 hektar torpaq sahəsində kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bunun 1232 hektarını kartof, 641 hektarını buğda, 41 hektarını arpa, 101 hektarını tərəvəz, 55,2 hektarını lobya, 45 hektarını çoxillik otlar və digər əkin sahələri təşkil etmişdir. 2017-ci ilin məhsulu üçün 740 hektar sahədə taxıl səpilmişdir. “Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2016-cı il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir. Hazırda rayon ərazisində 4867 arı ailəsi vardır”.
Daha sonra bildirilib ki, hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 16 min 879 nəfər olmuş, onlardan məşğul əhali 16 min 187 nəfərdir. Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib.
Səhiyyə, təhsil, mədəniyyət, idman və digər sahələrdə də görülmüş işlərdən danışan rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ötən dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 278 nəfər IX sinif şagirdi və 261 nəfər XI sinif şagirdinin hamısı ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat almışlar: “Eləcə də tam orta məktəb məzunlarımızdan 123 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdi. Onlardan 62 nəfəri ölkənin müxtəlif nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 600-dən, 7 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Bu nəticə ötən illərlə müqayisədə ürəkaçandır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin fevral ayının 15-dən 02 may 2016-cı il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günləri təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon Mərkəzi Xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçmişdi. 49 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 21774 nəfər tibbi müayinədən keçmiş, 22 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 90 nəfər Daşkəsən rayon Mərkəzi Xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 173 nəfərə isə ambulator müalicə yazılmışdır. Artıq 2017-ci ildə də əhalinin tibbi müayinədən keçirilməsi tədbirinə başlanmışdır. 2016-cı ildə rayon əhalisinə 110 çarpayılıq 3 xəstəxana, 5 həkim ambulatoriyası, 23 tibb məntəqəsi və 1 qadın məsləhətxanası xidmət göstərmişdir.
Hesabat ilində rayon üzrə idman yarışları və digər sahələrdə 14975 gəncin iştirak etdiyi 67 tədbir həyata keçirilmişdir. 2016-cı ildə rayonumuzun idmançıları 5 qızıl, 10 gümüş, 14 bürünc medal olmaqla 29 medal qazanmışlar.
Daşkəsən rayonu ərazisində 4 siyasi partiya, 14 qeyri-hökumət təşkilatı və 1 dini icma qurumu qeydiyyatdan keçmişdir. Rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə işlər aidiyyəti üzrə müvafiq qanun-qaydalara uyğun olaraq aparılmışdır. Hesabat ilində rayonda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlarla, milli azlıqlarla aidiyyəti üzrə işlər aparılmış, bu sahədə rayonda tam sabitlik, tolerantlıq şəraiti mövcud olmuşdur.
Rayonda dini durumun sabitliyi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Milli və dini ayrı-seçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılmışdır.
Hesabat dövrü ərzində rayonda ictimai asayiş təmin olunmuş, kriminogen vəziyyət daimi nəzarətdə saxlanılmışdır.
2016-cı il ərzində 37 yaşayış məntəqəsində səyyar qəbul keçirilmiş, 1426 nəfər iştirak etmiş, 224 müraciət olunmuşdur. Səyyar qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir”.
Daha sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev çıxış edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar.
Çıxışlardan sonra 2016-cı il ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında fərqlənmiş bir qrup şəxs Daşkəsən rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.
Tədbirdə həmçinin Milli Məclisin üzvü Kamran Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış ediblər.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

