Bakının mərkəzindəki “26” adlı kafenin fəaliyyəti dayandırılıb
09.09.2017 [11:35]
Bakının mərkəzindəki Sahil bağının yaxınlığında, Xaqani küçəsində “26” adlı kafenin yaradılması paytaxt sakinlərinin arasında ciddi narazılıq doğurub. Sakinlər, tarixçi alimlər sosial şəbəkələrdə fəal vətəndaşlıq mövqeyindən çıxış edərək vaxtilə azərbaycanlıların soyqırımını təşkil edən 26 Bakı komissarlarının xatirəsini bu cür iyrənc yolla “yaşatmağa” çalışanları ciddi qınayaraq, kafenin fəaliyyətinin dayandırılmasını tələb ediblər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də həmin kafenin fəaliyyətinin dayandırılması, onun adının fasaddan və salonun divarlarından sökülməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə iştirak edən paytaxt ictimaiyyətinin nümayəndələri XX əsrin əvvəllərində xalqımıza qarşı misli görünməmiş cinayət və soyqırımları törətmiş bolşevik-daşnak qüvvələrinin əsas şəxslərindən olan 26 Bakı komissarlarının təbliğinə xidmət edən belə çirkin əməllərlə bağlı kəskin hiddətlərini ifadə ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tədbir yerinə gələrək, paytaxt ictimaiyyətinin nümayəndələri ilə görüşüb, “26” adlı kafenin fəaliyyətinin dayandırılacağını bildirib. Tədbirdə paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə binanın fasadından və salondan “26” və ingilis dilində yazılmış “Twenty Six” sözləri çıxarılıb, kafedəki avadanlıq müsadirə olunub.
Hacıbala Abutalıbov KİV nümayəndələrinə müsahibəsində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş 26-lar adına bağda (indiki “Sahil” bağı) azərbaycanlılara qarşı soyqırımı təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada əsas qatillər olan nə Şaumyanın, nə Əmirovun, nə də Avakyanın sümükləri tapılmamışdı. Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də özləri ilə aparmışlar. Təəssüf edirəm ki, azərbaycanlılara qarşı soyqırımı törətmiş belə şəxslərin xatirəsinə Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsi icarəyə götürülərək “26” adlı kafe açılıb. Bu obyektin sahibləri “26” sözünü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət ediblər. Qoy, ermənilər və havadarları bilsinlər, nə qədər ki, Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq”.
Bakı meri bu obyektin fəaliyyətinin dayandırıldığını, kafeni açan şəxslərin cinayət məsuliyyətinə cəlb olunacaqlarını və məsələyə hüquqi qiymət veriləcəyini bildirib.
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov AZƏRTAC-a açıqlamasında deyib: “1918-ci ilin martında sovet Rusiyasının sifarişi ilə Bakıya göndərilən quldur Şaumyan və onun əlaltıları onlara ayrılan 32,3 milyon rubl qızıl pul ilə alınan silahlarla Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törədiblər. Ümumiyyətlə, bu cinayət üçün ayrılan vəsaitin məbləği 82,3 milyon rubl təşkil edib. Bu cinayətlər təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində törədilib. Bu hadisə ilə bağlı AMEA-nın Tarix İnstitutu Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə tədqiqat işi aparıb, təkzibolunmaz faktlar və materiallar aşkar edib. Bu materiallar nəşr edildikdən sonra dövlətimizin başçısının göstərişi ilə Sahil bağında dəfn olunanların məzarları köçürülüb. Qeyd edim ki, orada məzarlıq açılarkən 26 yox, 23 cəsəd aşkar edilib. Tibbi ekspertizanın nəticələrinə görə, quldurbaşı Şaumyanın cəsədi orada aşkar olunmayıb. Arxiv materiallarından məlum olub ki, Şaumyan 1918-ci il sentyabrın 20-də güllələnməyib, o, oktyabrın 1-dək həbsxanada saxlanılıb və oradan da Hindistana aparılıb.
XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımını təşkil edən 26 Bakı komissarlarının xatirəsini iyrənc yolla “yaşatmağa” çalışanları qınayıram. Onların bu niyyətləri çox təəssüf doğurur”.
“26” adlı kafenin fəaliyyətinin dayandırılması ilə bağlı həyata keçirilən tədbirlər, həqiqətən də ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.
Kafenin qapısının üzərində ingilis dilində yazılan “If you never try, you will never know” (Heç vaxt cəhd etməsən, öyrənə bilməzsən) sözləri də bu obyektin hansı məqsədə xidmət etdiyini aşkar şəkildə göstərir.
Təsadüfi deyil ki, bu gizli və çirkin niyyəti duyan vətənpərvər tarixçi alimlərimiz sosial şəbəkələr vasitəsilə məsələyə dərhal kəskin münasibət bildiriblər. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı fikir bildirən tarixçi Elmar Həsənov kafenin məhz vaxtilə “26-lar” bağı adlandırılan indiki Sahil bağı yaxınlığında fəaliyyətə başlamasının təsadüfi olmadığına diqqəti cəlb edərək yazıb: “İndiki Sahil bağı, vaxtilə “26-lar” bağı adlanırdı. İndi isə həmin ərazidə “26” adlı restoran fəaliyyətə başlayıb. Niyə məhz bu ərazidə? Bir neçə il qabaq həmin bağdan onların sümükləri çıxarılıb. Demək, həmin “26-lar”ın nəvə və nəticələri Azərbaycanda yaşayırlar. Məhz həmin ərazidə babalarının ruhunu yaşadırlar. Bu qədər təsadüf olmaz...”.
Digər tarixçi Dilavər Əzimli də məsələnin son dərəcə həssas olduğunu diqqətə çatdıraraq, belə təşəbbüsün arxasında dayanan qüvvələrin müəyyən edilib ortaya çıxarılmasının vacibliyini vurğulayıb: “Sahil bağı tərəfdə “26” adlı restoran açıblar. Adını da ingilis dilində yazıblar. Bu nədir? Bunlar kimdir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ oldu. Azərbaycan xalqını qanına qəltan edən “26-lar”ın adına Bakının mərkəzində restoran açılıb. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da “26-lar” restoranı açılır...?”.
Sadə vətəndaşlar da bu məkrli niyyətdən hiddətləndiklərini bildirib, aidiyyəti qurumlar tərəfindən dərhal lazımi ölçü götürülməsindən məmnunluqlarını ifadə ediblər. Paytaxt sakini Fikrət Həsənov bu addımı atanların milli kimliyinin sual doğurduğunu vurğulayaraq deyib: “Bakıda kafenin “26” adı altında fəaliyyət göstərməsi məni çox təəccübləndirdi və hiddətləndirdi. Bildiyiniz kimi, “26-lar” Azərbaycanda 1918-ci ildə mart qırğınlarını təşkil edənlərin rəhbərləri olublar. “Onlar “26 Bakı komissarı” adı altında, Şaumyanın rəhbərliyi ilə fəaliyyət göstəriblər. Onlar Azərbaycan xalqının düşmənləri olublar. Düzdür, bizim də günahımız olub, onlara vaxtilə inanmışıq. Lakin Azərbaycan müstəqilliyini bərpa edəndən sonra tarix yenidən araşdırıldı və gördük ki, bunlar əslində bizim düşmənlərimizdir. İndi hansısa bir kafeyə bu adı verməklə onları “həyata qaytarmağın” mənasını anlaya bilmirəm. Görəsən, “26” adlı kafeni işlədənlər özləri hansı millətdəndir?! Onlar hansı məqsədi güdüblər, kimə qulluq ediblər?! Əgər onlar ermənilərə və ya onların təşkilatlarına işləyiblərsə, onu mütləq istintaq müəyyən etməlidir”.
Kafeni işlədən şəxslər “26” rəqəminin təsadüfi olduğunu bildirsələr də, əl-üz yuyulan otaqdakı güzgüdə “26 Baku” və kassa qəbzlərində “26-lar kafe” sözlərinin yazılması bunun heç də belə olmadığını təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

