"Azərbaycanlı gənclər bizim universiteti seçməklə bir sıra üstünlüklər qazanacaqlar"
01.12.2017 [17:03]
Professor Fadil Hoca: Gələn ildən etibarən Bakı Atatürk Liseyinin 3 məzunu Makedoniya Beynəlxalq Vizyon Universitetində pulsuz təhsil alacaq
Xəbər verildiyi kimi, bu yaxınlarda Makedoniya Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hocanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirilib, həmçinin Makedoniya Beynəlxalq Vizyon Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında akademik əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən, tərəflər müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi tədqiqatlar aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər. Qeyd edək ki, bu Makedoniya və Azərbaycan universitetləri arasında həyata keçirilən ilk əməkdaşlıq olacaq.
İstər ümumilikdə səfəri, istərsə də imzalanan müqaviləni müsbət qiymətləndirən professor Fadil Hoca KİV-ə açıqlamasında 2014-cü ildə Makedoniya Respublikasının Nazirlər Kabinetinin qərarı ilə qurulan Beynəlxalq Vizyon Universitetinin Avropada türk dilində təhsil verən yeganə universitet olduğunu, Türkiyənin ali təhsil qurumu olan YÖK tərəfindən tanındığını bildirib: "Bu bizim üçüncü təhsil ilimizdir. Ümumilikdə 650 tələbəmiz var ki, onların arasında da Makedoniya ilə yanaşı Balkanlardan - Kosovo, Bosniya və Herseqovinadan, həmçinin Bolqarıstandan və Türkiyədən olanlar da var. İnşallah yəqin ki, önümüzdəki ildən etibarən Azərbaycandan da tələbələr olacaq. Həm Avropada olub, həm də türkcə təhsil almağın azərbaycanlı gənclər üçün çox önəmli olacağı qənaətindəyik. Onu da deyim ki, azərbaycanlı gənclər bizim universiteti seçməklə bir sıra üstünlüklər qazanacaqlar. Əvvəla, Beynəlxalq Vizyon Universiteti Makedoniyanın özəl universitetləri arasında ən keyfiyyətli təhsil verən universitetlərdən biridir. İkincisi, azərbaycanlı gənclər Makedoniya Beynəlxalq Vizyon Universitetində həm Türkiyə türkcəsində oxuyacaq, həm də Avropa dillərindən birini öyrənə biləcəklər. Üçüncüsü, Makedoniyada təhsil haqları çox ucuzdur".
Bakıya səfərləri çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də olduqlarını deyən rektor "Səfər çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı, professor doktor Turan Yazqanın vəfatının 5-ci ilönümü ilə əlaqədar liseydə keçirilən anım mərasimində də iştirak etdik. Əslində Azərbaycana gəlməyimiz məhz iki məsələ ilə bağlı idi – Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq və bu önəmli törənə qatılmaq. Mərhum Turan Yazqan hocamızın Türk dünyasında və Azərbaycanda həyata keçirdiyi işləri hər zaman təqdir etdik. Biz də onun tələbələrindənik. Bakıda, onun yaratdığı Bakı Atatürk Liseyində olmaq xüsusi bir özəllikdir. Onu da bildirim ki, liseyin müdiri ilə müzakirə zamanı bir anlaşma əldə etdik. Həmin anlaşmaya əsasən gələn ildən etibarən Bakı Atatürk Liseyinin 3 məzunu Makedoniya Beynəlxalq Vizyon Universitetində pulsuz təhsil alacaq".
Sonda ölkəmizdə gedən quruculuq işlərini, respublikamızın inkişafını, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurları böyük sevinc hissi ilə qarşıladıqlarını bildirən professor Fadil Hoca "Azərbaycan bizim hər zaman "Can Azərbaycan" dediyimiz ölkədir. Bizim öz məmləkətimizdir. Bu, mənim Azərbaycana ilk səfərimdir və burda gördüklərimdən çox məmnun oldum. Bakı öz inkişafına görə Avropanın aparıcı ölkələrinin paytaxtlarından fərqlənmir. Allah sizi şərdən qorusun, Azərbaycan dövlətimiz getdikcə daha da güclü, qüdrətli olsun" deyib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

