Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
16.12.2017 [01:02]
Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Tədbirdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu tarixi addımla böyük bir missiyanı üzərinə götürən ölkəmizin İslam həmrəyliyinin bərqərar olmasında özünəməxsus mövqeyinin möhkəmləndirilməsinə, həmrəyliyin formalaşdırılmasına yönələn fəaliyyət istiqamətləri barədə danışıb. O, bu il çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə ölkə daxilində və xaricdə bir sıra önəmli tədbirlər keçirdiyini bildirib. Tədbirlərin İslam dini və mədəniyyətinin, eləcə də həmrəyliyin mahiyyətinin çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra gündəliyə uyğun olaraq, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımovun məruzəsi dinlənilib. Şöbə müdiri cari ildə şöbənin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə uşaq və gənclərin mənəvi inkişafı, milli mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində 73 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdırıb. O, eyni zamanda, şöbə tərəfindən mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icmanın ləğv edilməsinin, 2 dini icmanın dövlət qeydiyyatına alınmasının təmin edildiyini vurğulayıb. İnzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokolun tərtib edilərək məhkəmələrə göndərildiyini qeyd edib.
Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov şöbə tərəfindən dini durumun öyrənilməsi, təhlil olunması, dini icmalarla əməkdaşlığın gücləndirilməsi istiqamətində iş aparıldığını bildirib, şöbə tərəfindən 104 dini maarifləndirmə tədbirinin həyata keçirildiyini deyib.
Tovuz bölgəsi üzrə şöbənin müdiri Rasim Tağıyev milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı şöbə tərəfindən müvafiq qurumlarla birlikdə mütəmadi tədbirlərin görüldüyünü, dini maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Məruzəsi dinlənilən Gəncə bölgəsi üzrə şöbənin müdiri Asif Əliyev isə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilən maarifləndirici, təbliğat-təşviqat xarakterli tədbirlər barədə danışıb.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov məruzəsində bildirib ki, bölgədəki sabit dini durum aparılan dini və hüquqi maarifləndirmə işinin nəticəsidir. Ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə 20-dən çox tədbirin keçirildiyini qeyd edən şöbə müdiri hesabat dövrü ərzində şöbə əməkdaşları tərəfindən aidiyyəti orqanlarla birlikdə dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışını həyata keçirən ixtisaslaşdırılmış satış məntəqələrində monitorinqlərin keçirildiyini, sahibkarlara tövsiyələr verildiyini bildirib.
Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46

