AVCİYA prezident seçkiləri öncəsi monitorinqlər və seminarlar keçirəcək
10.02.2018 [01:04]
Elçin Salmanov: Artıq fevralın 5-dən uzunmüddətli müşahidə missiyasına başlamışıq
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin daha demokratik və şəffaf təşkilinə dəstək məqsədilə müşahidə missiyası həyata keçirir. Artıq fevralın 5-dən uzunmüddətli müşahidə missiyasına başlamışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov fevralın 9-da keçirilən mətbuat konfransında deyib.
AVCİYA-nın müşahidə missiyası barədə məlumat verən E.Salmanov bildirib ki, Assosiasiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki ilə bağlı şikayətləri və qanunverici baza, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK, Dairə və Məntəqə Seçki komissiyalarının fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə start verib. Qanunvericilik bazası, seçkilər ərəfəsində ölkədə ictimai-siyasi vəziyyətlə bağlı monitorinqlər aparılacaq və nəticələr barədə hesabatlar veriləcək. “Bu missiya çərçivəsində yalnız seçkilər günü seçkilərin monitorinqi aparılmayacaq. KİV-in fəaliyyəti, Mərkəzi Seçki Komissiyasının, seçki komissiyalarının müşahidəsi və digər məsələlər həyata keçiriləcək”, - deyə E.Salmanov əlavə edib.
Qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, uzunmüddətli müşahidə ilə bağlı aralıq hesabat aprelin 6-da ictimaiyyətə təqdim ediləcək. Seçkilər günü müşahidə və seçkilərin nəticələrinə dair ilkin münasibət isə aprelin 12-də səhər saatlarında elan olunacaq. Tam yekun hesabatın da aprelin 26-da geniş ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Gələn həftədən AVCİYA Şirvan, Salyan, Hacıqabul və Sabirabad rayonlarında ilk seminarlara və treninqlərə başlayacaq. Seminarların məqsədi yerlərdə müşahidəçiləri maarifləndirmək və demokratik, şəffaf seçkilərə dəstək verməkdir.
M.Zülfüqarlı, eyni zamanda, seçki qərargahının rayon əlaqələndiricilərinin attestasiyasının, regional ofislərinin işinin prezident seçkilərinə uyğunlaşdırılmasının da tamamlandığını bildirib. O deyib ki, hətta seçicilərin fəallığının artırılması ilə bağlı fevralın 16-dan aprelin 10-dək regionlarda seminarlar və müşahidəçilər üçün treninqlər keçiriləcək. Yaxın günlərdə isə müşahidəçilərə kömək məqsədilə “Yaddaş kitabçası” nəşr olunacaq.
Vurğulanıb ki, seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin təbliğinə önəm verir, eləcə də beynəlxalq qurumlarla əməkdaşlığa da müsbət yanaşır. M.Zülfüqarlının sözlərinə görə, KİV-in monitorinqi müxtəlif yönümlü 8 qəzeti və 2 agentliyi əhatə edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30

