/ / İxtisaslaşdırılmış kurslarda seçki prosesi zamanı polisin üzərinə düşən əsas vəzifələrdən danışılıb
İxtisaslaşdırılmış kurslarda seçki prosesi zamanı polisin üzərinə düşən əsas vəzifələrdən danışılıb
21.02.2018 [10:13]
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 19-da Gəncə şəhərini əhatə edən 4 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birində 3 gün davam edəcək kurslara start verilib.
Kurslarda MSK-nın üzvləri, məsul işçiləri, DSK sədrləri ilə yanaşı, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələrlə çıxış edirlər.
38 saylı Nizami II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının (DSK) inzibati binasında təşkil edilmiş kurslara 37 saylı Nizami I və 38 saylı Nizami II dairə seçki komissiyasının üzvləri və hər dairəyə daxil olan 24 məntəqə seçki komissiyasının sədrləri, eləcə də üzvləri qatılıblar. Kursların ilk günü 37 saylı Nizami I (Gəncə) seçki dairəsinin sədri Faiq Hacıyev və 38 saylı Nizami II (Gəncə) seçki dairəsinin sədri Tahir Ələkbərov “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda çıxış ediblər.
Kurslarda çıxış edən MSK-nın baş məsləhətçisi Sevil Əliyeva Azərbaycan Respublikasının Seçki Məcəlləsi, xüsusən də bu məcəllənin 7-ci fəslində təsbit olunan seçkilərin (referendumun) hazırlanması və keçirilməsi zamanı aşkarlıq hallarından danışıb. İştirakçılara seçki komissiyalarının fəaliyyətindəki aşkarlıq, müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri və beynəlxalq (xarici) müşahidəçilərin qanunvercilikdə nəzərdə tutulan fəaliyyət imkanları haqqında ətraflı məlumat verilib.
Sonra Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqov seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri haqqında geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, polisin seçki zamanı vəzifəsi ictimai asayişi qorumaq, baş verən pozuntuları qanuni qaydada sənədləşdirmək, seçki məntəqələrinin mühafizəsini təşkil etməkdən ibarətdir. Hər bir polis əməkdaşının bütün xidmət sahələri üzrə vəzifələri müəyyənləşdirilib. Bu məqsədlə seçici siyahılarının təkmilləşdirilməsi istiqamətində qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi ilə sahə rəislərinin qarşılıqlı əlaqəsi təşkil olunub, şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi, eləcə də qeydiyyat məsələlərinin maneəsiz həlli təşkil edilib.
Vurğulanıb ki, qarşıdan gələn Azərbaycan Respublikası Prezidentinin seçkilərində daxili işlər orqanlarının və digər hüquq mühafizə orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir. 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinə dair 2018-ci il fevralın 9-da Daxili İşlər Nazirliyində tədbirlər planı hazırlanaraq yerlərə göndərilib və icrasına başlanılıb.
Sonda tədbir iştirakçılarına Tədbirlər Planında nəzərdə tutulan məsələlərin həllinə dair, həmçinin keçirilən seçki prosesinə uyğun olaraq polisin üzərinə düşən əsas vəzifələr - ictimai asayişin, ictimai qayda və qanunun təmin edilməsi ilə bağlı geniş məlumat verilib.
MSK tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar fevralın 21-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxSosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33

