Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırılıb
23.02.2018 [10:20]
Fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən olan təntənəli mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının üzvləri iştirak ediblər.
Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə çıxış edib. O qeyd edib ki, həmsərhəd ölkələr arasında ilk olaraq Azərbaycan-Rusiya dövlət sərhədinin müəyyənləşdirilməsi prosesinə 1996-cı ildə start verilib və 14 illik birgə fəaliyyət uğurla yekunlaşdırılaraq 2010-cu il sentyabrın 3-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb.
Vurğulanıb ki, milli dövlətçilik tarixində ilk dəfə olaraq dövlət sərhədinin rəsmən müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsi, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərin dostluq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisi, milli diplomatiyamızın növbəti uğuru olub.
Elçin Quliyev deyib: “Qəti əmin olduğumuzu bildirmək istəyirəm ki, ölkələrimiz arasında sərhəd həmişəki kimi bundan sonra da xalqlarımızı daha sıx birləşdirəcək, sərhədlərimizdə vəziyyət ikitərəfli dostluq və mehriban qonşuluq münasibətlərinin nümunəsi olacaq. Ölkələrimizi, o cümlədən Azərbaycan və Dağıstan xalqlarını tarixən bağlayan qardaşlıq və qarşılıqlı hörmət telləri Azərbaycan-Rusiya dövlət sərhədində təhlükəsizliyin və sabitliyin rəhni, bu münasibətlərin sarsılmaz təməlidir. Dövlətlərimizin rifahı naminə uzunmüddətli, sıx və səmərəli əməkdaşlığa görə həmkarlarımıza - rusiyalı sərhədçilərə xüsusi minnətdarlığımı bildirmək istədim”.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov qeyd edib ki, Azərbaycan ilə Rusiyanın dövlətlərarası münasibətləri mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsindədir, bugünkü hadisə iki ölkə arasında əbədi dostluğun rəmzi kimi tarixə düşəcək. Dövlət sərhədinin demarkasiyası üzrə işlərin tezliklə başa çatacağına əminlik ifadə edilib.
Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov xatırladıb ki, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması ilə əlaqədar təntənəli məqamdan əvvəl uzunmüddətli işlər görülüb. Əvvəlcə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb, sonra hökumətlərarası komissiya yaradılıb. Vadim Postnov deyib: “Biz sərhədin müəyyən edilməsi qaydası barədə normativ sənədləri, təlimatları uzun müddət ərzində hazırlamışıq. Nəhayət, bizim fəaliyyətimizdə yeni mərhələ - sərhəddə nişanların quraşdırılmasının praktiki mərhələsi başlanır. Bu cür nişanlar hələ çox olacaq, lakin bugünkü nişan uzun müddət yadda qalacaq, çünki o, birincidir”.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri, general-leytenant Aleksey Buyerov xatırladıb ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə 2011-ci il iyulun 18-də qüvvəyə minib. O deyib: “Beləliklə, hər iki dövlətin qarşılıqlı razılığı ilə müqavilədə təsbit olunmuş müddəalar qanun normasına çevrilib. Bu qanunun məqsədi Azərbaycan və Rusiya xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli şəraiti təmin etməkdir. Bu gün həmin ali məqsədə nail olmağa yönəlmiş işin növbəti mərhələsi başlanır. Müqavilənin müddəaları praktikada həyata keçirilir, sərhəd həqiqətə çevrilir”.
Sonra Xələf Xələfov və Vadim Postnov Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

