“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu
18.04.2018 [09:05]
“Nar” NETTY-2018 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək oldu. Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına hər zaman töhfə verməyə çalışan mobil operator ənənəvi olaraq NETTY mükafatının keçirilməsinə dəstək olmaqdadır.
NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.
15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi başlayacaqdır. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçəcəkdir. 22 mayda NETTY Akademiyası nominantlar sırasından mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən etmək üçün səsverməyə start verəcəkdir. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan ediləcəklər.
Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: “Azərbaycan”, “Dövlət saytı”, “Təhsil və elm”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”, “Korporativ sayt”, “Elektron ticarət sahəsində ən yaxşı layihə”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”, “Facebook”da ən yaxşı səhifə”.
Mükafatın əsas tərəfdaşları “Nar” operatoru və “Azintelecom” şirkətidir. Mobil operator özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə dəstək olmağa çalışmaqdadır. “Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ilin 2-ci rübündə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43

