“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı olub
25.05.2018 [09:25]
Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Bəxtiyar Qaracanın və “Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlının müəllifləri olduğu “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitaba filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ön söz yazıblar. Nəşrin ideya müəllifi İlham Məmmədov, elmi redaktoru professor Anar İsgəndərovdur.
Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm islahatlar həyata keçirilib. Həmin vaxt Azərbaycanda ana dilində dərc olunan qəzetlərlə yanaşı, xaricidilli qəzetlərin də fəaliyyətinə şərait yaradılmışdı. Bu da Azərbaycanda müxtəlif millətlərə bərabər hüquqların verilməsinin sübutu idi.
Tədbirdə çıxış edən Sona Vəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri haqqında danışıb. O, təqdimatı keçirilən kitabın dövlətçilik tariximizə töhfə olduğunu deyib. Qeyd edib ki, müəlliflər Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox bədii salnamə dilində təqdim ediblər. Kitabda yer alan publisistik qeydlər ardıcıllıqla oxucuya çatdırılır. Maraq doğuran cəhətlərdən biri də odur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan Azərbaycan Xalq Cümhuriyyəti faktına bütöv bir istiqlal epoxası kimi yanaşırlar.
Professor Cahangir Məmmədli, Milli Məclisin deputatı Elman Nəsirov, Xalq Artisti Nurəddin Mehdixanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları kitab haqqında fikirlərini bölüşüb, onun bədii və publisistik məziyyətlərindən danışıblar.
Sonda kitabın müəllifləri Bəxtiyar Qaraca və Akif Aşırlı tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxMEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40

