/ / Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
12.06.2018 [09:07]
İyunun 11-də Parisdəki “Villepinte” sərgi mərkəzində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) də təmsil olunduğu “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə MSN-in müəssisələrində istehsal edilən 270 addan çox silah sistemləri, müxtəlif çaplı döyüş sursatları, “Tufan”, “Matador”, “Marauder” kimi zirehli və mina əleyhinə nəqliyyat vasitələri, “Gürzə” patrul maşını nümayiş olunur. NATO standartlarına tam cavab verən “Yalquzaq” (7,62 mm) və “Vaşaq” (8,6 mm) snayperləri, hücum pulemyotu (62 mm, HP-7,62), eləcə də məsafədən idarə olunan döyüş modulu sərgi iştirakçılarının və ziyarətçilərin diqqətini xüsusilə cəlb edib. Silahla (12,7 mm) təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu və “NST-14,5” iriçaplı snayper tüfəngi ilk dəfə bu sərgidə nümayiş etdirilir. “EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan MSN-in nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Sərginin birinci günündə Baş nazirin birinci müavini Yaqub Eyyubovun və müdafiə sənayesi naziri Yavər Camalovun Fransanın “Thales” şirkətlər qrupunun regional direktoru ilə görüşü olub. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin nazir Yavər Camalovun Fransanın “Nexter” şirkətinin nümayəndə heyəti ilə görüşündə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.
Eyni zamanda, Yavər Camalov Almaniyanın “Rheinmetall” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Görüşlərdə Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı namizədliyinin dəstəklənməsi barədə geniş müzakirələr aparılıb.
Sərgidə iştirak edən şirkətlər Azərbaycanın stendinə və ölkəmizin hərbi təyinatlı məhsullarına böyük maraq göstəriblər.
“EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

