Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Nar” mətbuat nümayəndələrini təbrik etdi

“Nar” mətbuat nümayəndələrini təbrik etdi

24.07.2018 [09:19]

Milli Mətbuat Günü münasibətilə “Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil etdi. 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirildi. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunurdu.
“Nar” mətbuat xidmətinin rəhbəri Əziz Axundov təbdirdə çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik etdi. Ə.Axundov hər zaman “Nar”ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanlarına minnətdar olduqlarını qeyd edərək “Nar”ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirdi.
2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak etdi. “Molla Nəsrəddin”, “Həyat” və “Şərqi rus” komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutdular. Qalib komandalar “Nar”-dan dəyərli hədiyyələr qazandı.
Qeyd edək ki, ölkəmizdə 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlamışdır. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31