/ / Ağdamlı fermer: Biçin sahəsini yandıran fermerlər həmin torpaqdan uzun illər bol məhsul götürə bilməyəcəklər
Ağdamlı fermer: Biçin sahəsini yandıran fermerlər həmin torpaqdan uzun illər bol məhsul götürə bilməyəcəklər
07.08.2018 [09:11]
Bəzən fermerlər və torpaq mülkiyyətçiləri taxıl biçini başa çatdıqdan sonra kövşənləri yandırırlar. Bu isə onların məlumatsızlığından irəli gəlir. Çünki həmin fermerlər bunun torpağa nə qədər ziyanlı olduğunu bilmirlər.
Bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Ağdamın Xındırıstan kəndindən olan gənc fermer Yafəs Eyvazov bildirib. O deyib: “Bəzi fermerlər hesab edirlər ki, taxıl biçilmiş kövşənlərin yandırılması ilə zərərvericilərə, həmçinin alaq otlarına qarşı mübarizə aparırlar, eyni zamanda, sahəni samandan təmizləyirlər. Əslində isə bu, olduqca səhv fikirdir. Taxıl biçildikdən sonra sahədə qalan saman təbii gübrədir. Saman bitkidoğrayan aqreqat vasitəsilə xırda doğranmalı, sonra torpaq şumlanmalıdır. Doğranmış bitki qalıqları payız və qış mövsümündə çürüyərək torpağa qarışır və təbii humusa çevrilir. Beləliklə də, hər il əkilən torpağın gücdən düşməsinin qarşısı alınır, onun münbitliyi, məhsuldarlığı artmış olur”.
“Biçin sahəsi yandırıldıqda həmin torpağın üst qatındakı üzvi maddələr, torpağın mikroflorası məhv olur. Torpaqdakı münbitlik kəskin azalır. Hansı ki, növbəti bol məhsul üçün bunlar ən önəmli amillərdir. Ona görə də fermerlər bilməlidirlər ki, biçilmiş sahəni yandırsalar, uzun illər o torpaqdan bol məhsul götürmək mümkün olmayacaq”, - deyə Y.Eyvazov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

