/ / Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
11.08.2018 [10:00]
Avqustun 10-da “JW Marriott Absheron” otelində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Fövqəladə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, paytaxt rayonlarının icra hakimiyyətlərinin, tikinti şirkətlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tədbirdə çıxış edərək ölkəmizdə şəhərsalma fəaliyyətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, son illər respublikanın bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti, quruculuq-abadlıq işləri nəticəsində ölkəmizin şəhərləri gündən-günə gözəlləşir. Komitə sədri bu sahədə uğurlarla yanaşı, müəyyən nöqsanlara və qayda pozuntularına yol verildiyini, şəhərsalma, tikinti norma və standartlarının pozulduğunu qeyd edərək, tikinti sahəsində islahatların həyata keçirilməsi, səmərəli və şəffaf nəzarət sisteminin qurulması ilə bağlı Prezident İlham Əliyevin göstərişlərini diqqətə çatdırıb.
Komitə sədri qeyd edib ki, memorandumun məqsədi tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə iki qurum arasında əməkdaşlığın inkişafı, qanunvericiliyin tələblərinin həyata keçirilməsi, qanunsuz tikintilərin qarşısının alınması ilə ölkəmizin inkişafına töhfə vermək, bu sektorda çalışan iş adamlarına və yerli icra hakimiyyəti orqanlarına dəstək verməkdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti sahəsində Baş İdarə ilə fəal əməkdaşlıq etdiyini deyən S.Nuriyev bildirib ki, memorandumun imzalanması şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində dövlətimizin başçısının tapşırıqlarının icrasını təmin etməklə yanaşı, bu sahədə hər iki qurum arasında işbirliyinin daha sıx və səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcək.
Diqqətə çatdırılıb ki, müəyyən tikinti şirkətlərinin rəhbərləri bəzi hallarda tikinti üçün müvafiq qurumlardan lazımi sənədləri almadan inşaat işlərinə başlayırlar. Belə halların qarşısının alınmasında imzalanan memorandum mühüm rol oynayacaq. Bu əməkdaşlıq çərçivəsində təşkil olunacaq birgə fəaliyyət ölkə ərazisində şəhərsalma, tikinti və memarlıq sahələrində müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, habelə bu istiqamətdə bəzi vəzifəli, hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönələcək.
Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan iqtisadi və institusional islahatların şəffaflığın və hesabatlılığın təmin olunması, korrupsiya hallarının qarşısının alınmasında əhəmiyyətini xüsusi vurğulayıb. Baş İdarə rəisi korrupsiyaya qarşı mübarizədə qurumlararası əməkdaşlığın əhəmiyyətini qeyd edərək imzalanan sənədin həm tərəflər arasında korrupsiyaya qarşı birgə səmərəli mübarizənin aparılmasında, həm də digər fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq kontekstində mühüm rola malik olduğunu bildirib.
Ölkəmizin sürətli tərəqqisinin şəhərsalma və tikinti sahəsinin də inkişafına mühüm təkan verdiyini vurğulayan K.Əliyev bununla yanaşı, müəyyən nöqsanların da olduğunu bildirib. Azərbaycanda tikinti sahəsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edən Baş İdarə rəisi diqqətə çatdırıb ki, bu sahədə problemlər əsasən, qanunsuz tikililərin inşa olunması, vətəndaşların hüquqlarının və əmək münasibətlərinin pozulmasıdır. Qeyd olunub ki, tikinti sahəsində qanun pozuntulara əsasən paytaxtın Xətai və Yasamal rayonlarında rast gəlinir. 2012-ci ildən 2018-ci ilin ötən dövrünədək tikinti sektorunda 89 şəxs barəsində 61 cinayət işi baxılaraq məhkəmələrə göndərilib. Həmin cinayət işləri üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın ümumi məbləği isə 111 milyon 625 min 710 manat olub. Bu ziyandan 48 milyon 820 min 28 manatı ödənilib. Həmçinin 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub.
K.Əliyev bildirib ki, hazırda Baş İdarənin icraatında bu sahə üzrə 16 cinayət işi istintaq olunur. Bu cinayət işləri üzrə zərər çəkmiş şəxslərin sayı 812, dəymiş ümumi ziyanın məbləği 40,4 milyon manatdır. Ziyanın 30,06 milyon manatının ödətdirilməsi təmin olunub, 6 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub. Qeyri-əmək münasibətləri ilə bağlı Baş İdarəyə 33 material daxil olub ki, bunun da 4-ü üzrə cinayət işi başlanılıb, 3 iş məhkəmələrə göndərilib.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iki qurum arasında Əməkdaşlıq Memorandumunu imzalayıblar.
İmzalanma mərasimindən sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

