Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub

Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub

22.08.2018 [09:30]

Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülmüş əməkdaşlara medallar təqdim olunub.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin uğurla tənzimlənməsinə xüsusi önəm verən, bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısına Komitənin kollektivi adından dərin minnətdarlığını bildirib. Göstərilən etimadı doğrultmaq, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyini diqqətə çatdırıb.
Sonra Dövlət Komitəsinin sədri təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31