/ / “ABAD”çı misgər: Ən çox gəlin köçən qızlar üçün misdən hazırlanmış bəzəkli məişət əşyaları sifarişi alıram
“ABAD”çı misgər: Ən çox gəlin köçən qızlar üçün misdən hazırlanmış bəzəkli məişət əşyaları sifarişi alıram
30.08.2018 [09:10]
Masallı rayonunun Boradigah qəsəbə sakini Taleh Ağayev ölkəmizin cənub bölgəsində qədim xalq sənəti olan misgərliyi yaşadan yeganə ustadır. Onun balaca emalatxanasında misdən hazırlanmış müxtəlif məişət və bəzək əşyaları, suvenirlər göz oxşayır. Bura sanki kiçik bir muzeyi xatırladır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Taleh Ağayev Azərbaycanda misgərlik sənətinin daha çox inkişaf etdiyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 50 il əvvəl ailəsi Masallıya köçüb. O, uşaq yaşlarından Masallının Boradigah qəsəbəsində misgərliklə məşğul olan atası usta Nurəddinə kömək edib. Atası dünyasını dəyişdikdən sora dörd qardaş bu sənəti yaşadıblar. Hazırda atasının yolunu təkcə T.Ağayev davam etdirir.
O, misdən müxtəlif məişət əşyaları hazırlamaqla bərabər, onların təmiri ilə də məşğul olur. Əvvəllər mis qablara tələbatın çox olduğunu deyən usta sifarişlərin sayının azaldığını bildirsə də, nikbindir: “Son vaxtlar bölgəmizdə mis qazanlara və samovarlara tələbat artıb. Ən çox gəlin köçən qızlar üçün misdən hazırlanmış bəzəkli məişət əşyaları sifarişi alıram. Müştərilərimin çoxu yerli sakinlərdir. Bununla belə, xarici turistlərdən də sifarişlərim olur. Verilən sifarişə əsasən, qiymətlər 70-1000 manat arası dəyişir. Təmir işləri isə 30-70 manata başa gəlir”.
35 ildir misgərliklə məşğul olan usta əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu gözəl sənət əsərinə çevirir. “Misgərlik çətin sənətdir. Xammal olmalıdır. Misi gərək elə yığasan ki, calağı bilinməsin. Sonra da naxış vurulmalıdır. Bu, ustanın əl qabiliyyətindən asılıdır”, - deyə o bildirib.
Rayonda bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün Taleh Ağayev Masallı şəhərindəki “ASAN həyat” kompleksində yerləşən “ABAD” publik hüquqi şəxsin 1 saylı Regional Mərkəzinin xidmətlərindən də yararlanır: “Masallıdakı “ABAD” Mərkəzinin vasitəçiliyi ilə misdən hazırladığım suvenirlər “ABAD”ın mağazalarında satılır. Hər ay “ABAD”dan ailə büdcəmizə orta hesabla 600-700 manat daxil olur. Göstərilən xidmətlərdən də çox razıyam. Burada hər şey şəffafdır”.
T.Ağayevin misdən hazırladığı məişət və bəzək əşyaları, suvenirlər dəfələrlə rayonda və Bakıda keçirilən sərgilərdə nümayiş etdirilib.
Ustanın işlədiyi emalatxana darısqal olduğundan o, bir çox hallarda çətinliklərə üzləşməli olur. Ancaq, bu çətinliklər də tezliklə aradan qaldırılacaq. Rayon rəhbərliyinin tapşırığına əsasən, onun çalışdığı otağın yaxınlığında yeni emalatxananın tikintisi üçün 80 kvadratmetr torpaq sahəsi ayrılıb. Yaxın günlərdə tikinti işlərinə başlanılacaq.
Masallılı usta yeni emalatxanada bu qədim xalq sənətinin davamçılarını yetişdirmək niyyətindədir: “Təəssüflər olsun ki, Masallıda misgərlik sənətinə maraq göstərənlər azdır. Arzum budur ki, bu el sənətini yaşadanların sayı çoxalsın, çünki bu sənət bizim tariximizdir, adət-ənənələrimizin nişanəsidir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

