/ / Qırğızıstanın əsas televiziya kanalında Azərbaycan Xalq Cümhuriyyəti haqqında film nümayiş etdirilib
Qırğızıstanın əsas televiziya kanalında Azərbaycan Xalq Cümhuriyyəti haqqında film nümayiş etdirilib
13.09.2018 [09:13]
Ölkəmizin Qırğızıstandakı səfirliyin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Bişkekdəki İctimai Televiziya və Radio Yayım Korporasiyası (KTRK) tanınmış teleaparıcı Nursultan Jakıpbekovun Azərbaycan haqqında hazırladığı videoçarx yayımlanıb. Həmçinin aparıcının Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovdan “Most drujbı” (“Dostluq körpüsü”) proqramı üçün aldığı geniş müsahibə göstərilib. Sonra Bakı Media Mərkəzinin rəhbəri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olan Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
Nursultan Jakıpbekov verilişdə ölkəmizin və xalqımızın qədim, zəngin tarixi, mədəniyyəti, milli mənəvi dəyərlərimiz, bugünkü inkişafımız barədə məlumat verib.
Səfir müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını diqqətə çatdırıb və 100 il əvvəl müsəlman Şərqində yaranan ilk demokratik parlamentli respublika olan AXC-nin müsəlman dünyasında ilk dünyəvi respublika olduğunu vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Bu xətt Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevin və Sooronbay Jeenbekovun siyasətinin prioritet istiqamətlərindəndir.
Səfir Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlər, Ulu öndər Heydər Əliyevin Qırğızıstana və qırğız xalqına qardaşlıq münasibəti, digər məsələlər haqqında söhbət açıb. Qeyd edib ki, biz kök bir, soy bir millətik, hər yerdə bir-birimizi dəstəkləməliyik.
H.Orucov jurnalistin III Dünya Köçəri Oyunları ilə bağlı sualına cavab olaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2014-cü, 2016-cı illərdə keçirilən birinci və ikinci Dünya Köçəri Oyunlarında fəal iştirak edib və builki yarışlarda da böyük nümayəndə heyəti ilə təmsil olunub.
Böyük şəxsiyyətlərdən danışan səfir bildirib ki, XX əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə dörd böyük şəxsiyyət bəxş edib - siyasətdə Atatürkü və Ümummilli lider Heydər Əliyevi, ədəbiyyatda Nazim Hikməti və Çingiz Aytmatovu.
H.Orucov Çingiz Aytmatovla bağlı suala cavabında deyib ki, Ulu öndər Heydər Əliyev Çingiz Aytmatovu həm yazıçı, həm də ziyalı və şəxsiyyət kimi yüksək dəyərləndirib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq nəhəng ölkədə mədəniyyət məsələlərinin kuratoru kimi istedadlı yaradıcı insanları, həmçinin Çingiz Aytmatovu mövcud rejimin haqsız hücumlarından qoruyub. Onun tapşırığı ilə böyük yazıçının anadan olmasının 75 illiyinin Azərbaycanda qeyd olunması üçün hazırlığa başlanılmışdı, lakin 2003-cü il dekabrın 12-də - Çingiz Aytmatovun doğum günündə Ulu öndər əbədiyyətə qovuşdu. Bununla belə, böyük yazıçının 80 illik yubileyi 2008-ci ildə yüksək səviyyədə keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Çingiz Aytmatov “Dostluq” ordeninin ilk sahibi oldu.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

