/ / Gəncədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib
Gəncədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib
14.09.2018 [09:24]
Sentyabrın 13-də Gəncə şəhərində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naftalan şəhər, Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər və Xocalı rayon icra hakimiyyətlərinin, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli strukturlarının rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün də qorunub saxlanıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə insanların dini etiqad və vicdan azadlığı təmin olunub. Respublikanın hər yerində olduğu kimi, Gəncədə də İslami dəyərlər qorunur. Hazırda şəhərdə 1 ziyarətgah və 6 məscid fəaliyyət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Məhərrəm ayı və qarşıdan gələn Aşura günü ilə bağlı tövsiyələrini verib. Bildirib ki, Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir və həmin gün şagirdlər dərsdə olmalıdırlar. Uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət edilməli və onlar dərsdən yayındırılmamalıdırlar.
Tədbirdə Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsaslarından geniş bəhs edib.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev dini radikalizm və dini ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov dövlətin dinə və dindarlara qayğısından danışıb. Hazırda Gəncədə dini vəziyyətin sabit olduğunu diqqətə çatdıran T.Abbasov deyib: “Gəncədəki hazırkı dini durumdan dindarlarımız razıdır və hər hansı bir narahatlıq yoxdur. Din-dövlət münasibətləri qaydasındadır. Dindarlar çox rahat şəkildə ibadət edirlər”.
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Gəncədə Tasua və Aşuraya hazırlıqla bağlı məlumat verib. Bildirib ki, dini mərasimlər QMİ-nin fətvasında göstərilən tövsiyələrə uyğun icra olunacaq.
Tədbirdə, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış və bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

