Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
14.09.2018 [09:29]
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir. 2017-ci ildə Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib.
Memorandumun implementasiyası çərçivəsində ötən bir il ərzində iki ölkənin Ədliyyə nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilib, birgə tədris tədbirləri təşkil olunub, müsbət təcrübələrin mübadiləsi aparılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlığın davamı olaraq Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs rəhbərlik etdiyi nümayəndə heyəti ilə sentyabrın 13-də Azərbaycana səfərə gəlib.
Səfər zamanı latviyalı nazir Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Latviyanın ədliyyə naziri Dzintars Rasnaçsın görüşü keçirilib.
Bu il 100 illiyi qeyd olunan dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir F.Məmmədov dostluq və əməkdaşlıq əlaqələrinin, o cümlədən hüquqi sahədə səmərəli qarşılıqlı fəaliyyətin inkişafından məmnunluğunu ifadə edib, hazırkı səfərin əlaqələrin genişləndirilməsinə əlavə təkan verəcəyini bildirib.
Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən latviyalı nazir ölkələrimizin müxtəlif istiqamətlərdə, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini vurğulayıb, həyata keçirilən ikitərəfli qarşılıqlı səfərlərin ədliyyə və məhkəmə sahəsində yaxşı təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.
D.Rasnaçs Ədliyyə nazirlikləri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı bu ilin noyabrında hər iki dövlətin Ədliyyə nazirliklərinin yaranmasının 100 illiyinin qeyd olunacağı bildirilərək ədliyyə tarixinə, keçdiyi inkişaf yoluna nəzər salınıb, dövlətin hüquq siyasətinin həyata keçirilməsində mühüm rolu vurğulanıb.
Görüşdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklərdən bəhrələnmək imkanları müzakirə olunub, məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya və probasiya institutlarının tətbiqi, məhkəmə ekspertizası sahəsində faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Qonaqların diqqəti, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Ermənistanın torpaqlarımıza qarşı davam edən hərbi təcavüzü və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib.
Tədbirdə hər iki dövlətin səfirləri Cavanşir Axundov və Yuris Maklakovs iştirak ediblər.
Səfər çərçivəsində Latviya nümayəndə heyətinin, ədliyyə sahəsində göstərilən elektron xidmətlər, qeydiyyat və notariat fəaliyyəti, nazirliyin informasiya resursları, həmçinin bölgələrdə yerli və regional ədliyyə qurumlarının fəaliyyəti, müasir məhkəmə infrastrukturu və informasiya texnologiyalarının tətbiqi, eləcə də Azərbaycan brendi olan və ədliyyənin də geniş xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzinin vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

