Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş olub
21.09.2018 [09:04]
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə islahatlar aparılır, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasında kadrlarla işin səmərəli təşkilinə, onların düzgün seçilməsinə xüsusi önəm verilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə qulluğa qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı daim diqqətdə saxlanılır. Son illər şəffaf seçimlər əsasında ədliyyə orqanlarına böyük əksəriyyəti gənclər olmaqla 2800-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd olan və mənəvi cəhətdən saf kadrlar qulluğa qəbul edilib. Onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu ali dövlət orqanında məsul vəzifələrə irəli çəkiliblər.
Həmçinin penitensiar və tibb xidmətlərinin hazırlıqlı və mənəvi cəhətdən saf gənclərlə komplektləşdirilməsi məqsədi ilə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, namizədlər müsabiqələrdə geniş iştiraka təşviq olunur, o cümlədən “ASAN Kadr” Karyera Mərkəzinin portalında müvafiq elanlar verilir. Eyni zamanda, təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır.
Bu günlərdə Ədliyyə Akademiyasında icbari təlimi başa vuraraq penitensiar xidmətdə orta rəis heyətinə və ATU-nun Hərbi Tibb fakültəsini bitirərək tibb xidmətinə təyinat alan 40 nəfər gənc əməkdaşla nazirliyin rəhbərliyinin görüşü keçirilib.
Gənclər əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.
Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisini və əldə olunan nailiyyətləri vurğulayıb, bu ilin dövlətçilik tariximizin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlamətdar olduğunu və bu tarixi hadisənin ölkəmizdə geniş qeyd edildiyini bildirib.
Dövlət başçısı tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş 2018-ci ildə 100 illiyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixinə, keçdiyi inkişaf yoluna toxunan nazir məhkəmə və ədliyyə sistemində aparılan islahatlarından danışıb, ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci ilin fevral 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamının məhkəmə və penitensiar sahələrdə əməli tədbirlərin görülməsi üçün “yol xəritəsi” olduğunu vurğulayıb. Həmçinin penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib, gənclərə işlərində məsuliyyətli olmağı, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl etməyi tapşırıb, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər çıxış edərək qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət bayrağı önündə təntənəli qaydada and içiblər, aidiyyəti işçilərə xüsusi rütbələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02

