Bakıda Dünya Türklərinin Həmrəylik Günü qeyd olunub
04.10.2018 [08:40]
Oktyabrın 3-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Müasir İnkişaf” və “Gənclərin Töhfəsi” İctimai birlikləri tərəfindən Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə əvvəlcə Xalq artisti Azərinin ifasında “Ey Turanım!” mahnısı səsləndirilib. Sonra səhnəyə türkdilli ölkələrin dövlət bayraqları gətirilib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək türkdilli dövlətlərin tarixindən danışıb. O, bir çox xalqların tarixin səhifələrindən silindiyi halda türk xalqlarının inkişaf yolu keçdiyini vurğulayaraq deyib: “Türkdilli xalqlar dünyaya sülh, rifah, ədalət, inkişaf gətiriblər. XXI əsrdə türkdilli dövlətlər qarşısında yeni missiyalar ortaya çıxarıb. Bu dövlətlər bütövlükdə Avrasiyaya sülh, barış gətirirlər. 1990-cı illərin əvvəllərində türkdilli xalqların birliyinin təbliği üçün mühüm addımlar atılıb. Bu birliyin olması üçün siyasi iradə lazım idi və bu proses uğurla davam etdirildi. Azərbaycan Prezidenti İlham Əliyev türkdilli xalqların həmrəyliyinə, birliyinə böyük töhfələr verib”.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov türkdilli dövlətlərin birliyinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıblar.
Sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında mahnılar səsləndirilib. Bakı Dövlət Universitetinin tələbəsi, “Vətənim Azərbaycan” bədii qiraət müsabiqəsinin qalibi Rauf Əliyevin ifasında “Əzəl axır dünya bizim olacaq”, “Qarabağı vermərəm” şeirləri, Fəda Nəsirlinin və Təhminə Quliyevanın ifasında rəqs nömrəsi, Azərbaycan Alpaqut Federasiyasının idmançılarının nümunəvi çıxışları böyük maraqla qarşılanıb.
Sonra tədbirin fəal iştirakçıları mükafatlandırılıblar.
Qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə hər il bu tarixin Türk Dövlətlərinin Birliyi Günü - Dünya Türklərinin Həmrəylik Günü kimi qeyd olunması qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

