Ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir
04.10.2018 [08:41]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov Masallı rayonunda Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək, qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri onların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı nazir yerli ədliyyə və məhkəmə orqanlarına baş çəkərək fəaliyyəti və iş şəraiti, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Masallı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Fikrət Məmmədov ədliyyə işçiləri ilə görüşərək fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara qayğılı münasibət göstərilməklə məmnunluğun təmin olunması, neqativ halların yolverilməzliyi, etik davranış qaydalarına və nizam-intizama dönmədən əməl edilməsi ilə bağlı qəti tapşırıqlar verib.
Həmçinin Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Masallıda inşa olunan yeni məhkəmə binasının tikintisinin gedişatı ilə tanış olunub. Müasir tələblərə uyğun inşa olunan üç mərtəbədən ibarət məhkəmə binasının vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısını almaq məqsədilə ictimai və inzibati zonalara bölünməsi, həmçinin elektron məhkəmə informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastrukturun quraşdırılması nəzərdə tutulub. Nazir tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılmasına dair müvafiq göstərişlər verib.
Həmin gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi keçirib.
Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin də iştirak etdikləri müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.
Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, görülən işlərdən danışan Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsini, hakimlərin ən şəffaf seçimini, elektron məhkəmə informasiya sisteminin tətbiqini, yeni məhkəmə bina və komplekslərinin tikilərək istifadəyə verilməsini qeyd edərək, həyata keçirilən tədbirlərin məhkəmə fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanları artırılmaqla məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib.
Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi daim diqqətdə saxlanılır. Ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb. Təkcə ötən il qiymətləndirmə nəticəsində 20 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.
Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik, işlərin hərəkətsiz saxlanılması, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin real təmin olunmaması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftara yol verilməsi qeyd edilərək belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.
Bununla bağlı məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil olunmasının zəruriliyi vurğulanıb, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması, eləcə də hakim korpusunun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə işlərin davam etdirildiyi qeyd olunub.
Həmçinin etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların məhkəmələrə etimadının artırılması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, apelyasiya məhkəmələri tərəfindən prinsipiallığın artırılmasının, qanun pozuntularına ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

