Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb
05.10.2018 [08:53]
Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası keçirilib. İclasa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri qatılıb.
Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev təmsil ediblər.
Əvvəlcə toplantıda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsi barədə məlumat verilib. Məlumatı MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Katibliyi təqdim edib.
Sonra Özbəkistan Gömrük Xidmətinin təqdimatında “Dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları (gömrük rəsmiləşdirilməsi) və gömrük nəzarəti həyata keçirilərkən MDB üzv dövlətlərinin gömrük orqanları ilə dəmir yolu daşıyıcıları arasında qarşılıqlı əlaqəli nümunəvi texnologiyalar layihəsi” və “MDB üzv dövlətlərin gömrük orqanlarının məlumat sistemlərinin və resurslarının informasiya təhlükəsizliyinə dair nümunəvi tələblər” barədə məlumat verilib.
Daha sonra iclasda Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.
Bundan başqa, toplantıda MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2019-cu il üçün iş planları təsdiqlənib.
İclasda Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən “MDB üzv dövlətləri gömrük xidmətlərinin Ümumdünya Gömrük Təşkilatının işində rus dilindən istifadə təcrübəsinin genişləndirilməsi üzrə ÜGT-nin pilot layihəsində iştirak haqqında”, “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem Konvensiyasının rusdilli versiyasının 6-cı nəşrinə dəyişikliklər edilməsi, onun əsasında Müstəqil Dövlətlər Birliyi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və onların şərhi haqqında” təqdimatlar da keçirilib.
İclas çərçivəsində 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında Protokol” çərçivəsində məlumat mübadiləsinin texniki şərtləri imzalanıb.
Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin imzalayıblar.
Eyni zamanda, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev MDB üzv dövlətləri arasında gömrük işi sahəsində əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının yaradılmasının 25 illiyi münasibətilə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Sonda MDB üzv dövlətləri Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri təsdiq edilib və bununla da iclas öz işini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

