"Azərsun Holdinq"dən Cocuq Mərcanlıya dəstək
04.10.2018 [15:56]
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni iş yerlərinin yaradılması və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətə uyğun olaraq "Azərsun Holdinq" də müxtəlif layihələr reallaşdırır. Belə ki, bu günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində şəkər çuğunduru əkin sahələrindən ilk dəfə məhsul toplanıb. Və adıçəkilən Şirkətlər Qrupunun dəstəyi ilə ildən-ilə çuğundur əkini ərazilərinin genişləndirilməsi, bununla da yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.
Lakin "Azərsun Holdinq"in Cocuq Mərcanlıya dəstəyi bununla tamamlanmır. Belə ki, oktyabrın 3-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində burada yetişdirilən məhsulların satın alınması ilə bağlı tədbir təşkil edilib. "Azərsun Holdinq" də "Bazarstore" Mağazalar Şəbəkəsi ilə tədbirə qatılaraq burada yaradılan təsərrüfat sahiblərinə dəstək nümayiş etdirib. "Bazarstore" nümayəndələri artıq istixanalarda yetişdirilən ilk "Cocuq Mərcanlı" loqolu məhsulların mağazalar şəbəkəsi tərəfindən alınaraq müştərilərin ixtiyarına verildiyini bildirib.
Qeyd edək ki, Cocuq Mərcanlı sakinlərindən alınan kənd təsərrüfatı məhsulları artıq bir neçə "Bazarstore" mağazasında satışa çıxarılıb və istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Xatırladaq ki, Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşayış mümkün deyildi. Horadiz əməliyyatından 22 il sonra, 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Bu qələbə nəticəsində cocuq mərcanlılar doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

