Azərbaycanın çəltiklə özünü təminetmə səviyyəsi təqribən 74 faizdir
09.10.2018 [08:42]
Oktyabrın 8-də Bakıda Mərkəzi və Qərbi Asiya Çəltik Mərkəzinin (CWARice) Texniki İdarəetmə Komitəsinin (TİK) altıncı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov kənd təsərrüfatı sahəsinin əsas məhsullarından olan çəltiyin ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində həyata keçirilən fəaliyyətlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi, habelə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verib. Bildirib ki, bununla əlaqədar ölkədə 2020-2025-ci illərdə təqribən 10 min hektar sahədə 40 min ton çəltiyin istehsalı planlaşdırılır. Hazırda isə Azərbaycanın çəltiklə özünü təminetmə səviyyəsi təqribən 74 faizdir.
Nazir müavini qeyd edib ki, ölkəmizdə aqrar elmin inkişafı istiqamətində yeni dövlət proqramı hazırlanır. Həmçinin bu sahədə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.
Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru Vüqar Babayev, genetik materialların mübadiləsi, EMERGE (Çəltiyin Genetik Yaxşılaşdırılması üçün Çoxməkanlı Qiymətləndirməsi və Tədqiqat Şəbəkəsinin Yaradılması) layihəsi çərçivəsində görülən işlərdən söhbət açıb.
CWARice-ın rəhbəri Abbas Şahdi çıxışında bölgədə çəltik istehlakının artması, qlobal çağırışların əməkdaşlıq yolu ilə həlli və fəaliyyətlərin maliyyələşməsi məsələlərinə toxunaraq, diqqəti iclasda müzakirə ediləcək vacib məqamlara yönəldib.
Tədbirdə baş idarəsi Filippində yerləşən Beynəlxalq Çəltik Tədqiqatı İnstitutunun direktorunun toplantı iştirakçılarına müraciəti oxunub.
Həmçinin CWARice-ın yaradılması və fəaliyyətini əks etdirən qısa film nümayiş etdirilib.
Texniki idarəetmə komitəsinin üzvləri gündəlikdəki digər məsələlərin müzakirəsi ilə iclasın işini davam etdiriblər.
Mərkəzi və Qərbi Asiya bölgəsində çəltik sektorunun potensialını artırmaq, mövcud imkanları inkişaf etdirmək, bu sahədə təşəbbüsləri dəstəkləmək məqsədilə CWARice və Beynəlxalq Çəltik Tədqiqat İnstitutu (İRRİ) ilə birgə hazırlanmış 5-illik fəaliyyət proqramı gündəlikdəki əsas müzakirə mövzusuna çevrilib.
Texniki İdarəetmə Komitəsinin (TİK) 6-cı iclasının oktyabrın 9-10-da Lənkəran rayonunda davam etdirilməsi nəzərdə tutulub. Toplantı iştirakçıları Lənkəran rayonunda yeni yaradılmış çəltik emal müəssisəsi, həmçinin çəltikçiliyin inkişafı üçün yaradılmış infrastrukturla tanış olacaqlar.
İclasın sonunda növbəti müddət üçün TİK-in sədri seçiləcək və növbəti iclasının yeri və vaxtı müəyyən olunacaq.
Qeyd edək ki, toplantıda TİK-in Türkiyədən, İrandan, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, Əfqanıstandan və İraqdan olan üzvləri, Kənd Təsərrüfatı tədqiqatı, təhsil və yayım təşkilatının (AREEO) baş direktoru, İran parlamentinin Məşvərət Şurasının Təhsil və Tədqiqat Komitəsinin vitse-prezidenti (parlamentin üzvü), Gilan vilayətinin planlaşdırma və büdcə təşkilatının rəhbəri, İran Astarasının qubernatoru, CWARice-ın əməkdaşları, İran İslam Respublikasında çəltikçilik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

