/ / Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlığın yekunu ilə bağlı müşavirə keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlığın yekunu ilə bağlı müşavirə keçirilib
29.11.2018 [09:52]
Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları icra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xıdmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqramın hazırlandığı bildirilib.
Qeyd olunub ki, mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda, paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin şəhər icra hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda, həmçinin “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, “Azərbaycan Avtomobol Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi tərəfindən də mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanıb, rayonlara şəhər icra hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.
Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, bütün rayonların təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, hər hansı ciddi hal yaranarsa onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.
Müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub. Bildirilib ki, Prezident İlham Əliyevin paytaxtın lift təsərrüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqlarının icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər artıq fevral-mart aylarında reallaşacaq. Bu işlər Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Müşavirədə, həmçinin yaşayış binalarının dam örtüklərinin, blokların təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi, qanunsuz tikinti işlərinin aparılmasının qarşısının alınması, rayonlarda abadlıq işlərinin həyata keçirilməsi, sakinlərin istifadəsi üçün yeni abad məhəllələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Şəhərdə məişət tullantılarının daşınması ilə bağlı isə bildirilib ki, tullantıların daşınması ilə bağlı 2 xarici şirkət tərəfindən təkliflər hazırlanıb və onların təklifləri təsdiq olunduqdan sonra bu sahədə geniş islahatlara başlanacaq, yeni konteynerlər alınacaq, eyni zamanda, mövcud konteynerlər də təmir olunaraq yenidən istifadəyə veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

