Azərbaycan Milli Elmlər Akademiyasında kənd təsərrüfatı naziri ilə görüş keçirilib
31.01.2020 [10:18]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın əməkdaşlarının Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovla görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bugünkü görüşün ölkədə həyata keçirilən aqrar siyasət, respublikada qida təhlükəsizliyinin təmin edilməsi məsələləri və bu sahədə aparılan elmi-tədqiqat işlərinə həsr olunduğunu bildirib. Qeyd edib ki, AMEA-nın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələrin daha da genişləndirilməsi akademiyanın büdcədənkənar gəlir əldə etməsi üçün zəruri və mühüm məsələlərdən biridir.
Sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Ölkədə aqrar sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayan nazir bildirib ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, respublikanın kənd təsərrüfatı sahəsində də zamanın çağırışlarına uyğun olaraq innovasiyaların, yüksək texnologiyaların tətbiqi istiqamətində geniş işlər aparılır. Aqrar sahənin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu qeyd edən İnam Kərimov ölkəmizdə pambıqçılıq, meyvəçilik, ipəkçilik, heyvandarlıq və digər sahələrin inkişafı, bu sahələrə dövlət dəstəyinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər, Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlar haqqında danışıb.
Ölkədə kənd təsərrüfatı sektorunun yüksək rəqabətqabiliyyətliliyi və dayanıqlı inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrıldığını vurğulayan İnam Kərimov bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər bu kimi qurumların yaradıldığını əlavə edib.
Nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən birinin aqrar elmlər sahəsində əldə edilən nailiyyətlərin tətbiqi olduğunu qeyd edən İ.Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verib. Aqrar sahədə AMEA ilə nazirliyin həyata keçirdiyi birgə layihələrə toxunan İnam Kərimov rəhbərlik etdiyi qurumla akademiyanın müvafiq elmi müəssisələrinin mütəmadi olaraq əməkdaşlıq etdiyini, bu sahədə alimlərin köməyinə hər zaman ehtiyac duyulduğunu vurğulayıb. AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Niyyət sazişini xatırladan nazir rəhbərlik etdiyi qurumun akademiyanın Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Zoologiya və digər müvafiq institutları, regional elmi mərkəzləri və bölmələri ilə birgə müxtəlif layihələr həyata keçirdiyini, ölkəmizdə kənd təsərrüfatı sahəsinin elmə, biliyə, innovasiya və texnologiyalara əsaslanan inkişafın dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu xüsusi qeyd edib.
Daha sonra İnam Kərimov AMEA-nın əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Fikir mübadiləsi zamanı aqrar islahatlar, ərzaq təhlükəsizliyi, nazirliyin tabeçiliyində olan elmi-tədqiqat institutları və AMEA-nın müvafiq elmi müəssisələri arasında mövcud əlaqələrinin genişləndirilməsi, təsərrüfatın məhsuldarlığının artırılması, torpaqların bərpası, gübrə istehsalı və istifadəsi sahəsinin dövlət tərəfindən tənzimlənməsi, heyvandarlığın inkişafı, yeni meyvə sortlarının yaradılması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə aqrar sahə üzrə layihə və proqramların həyata keçirilməsində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Tədbirin sonunda akademik Ramiz Mehdiyev səmərəli görüşdə iştirakına və alimləri maraqlandıran sualları cavablandırdığına görə AMEA əməkdaşları adından Kənd Təsərrüfatı naziri İnam Kərimova minnətdarlığını bildirib. AMEA-nın prezidenti rəsmi dövlət qurumlarının rəhbərləri ilə akademiya əməkdaşlarının belə formatda görüşlərinin bundan sonra da təşkil ediləcəyini nəzərə çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01

