Bu il regionlarda DOST mərkəzləri, yeni sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq
04.02.2020 [10:07]
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər üzrə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş Konfransın iqtisadiyyat üzrə panel iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu ildən ölkəmizin regionlarında da DOST mərkəzlərinin yaradılacağını deyib.
AZƏRTAC xəbər verir ki, nazir, həmçinin cari ildə bölgələrimizdə yeni sosial müəssisələrin istifadəyə veriləcəyini də qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ötən il Bakının Yasamal və Xəzər rayonlarında DOST mərkəzləri yaradılıb. 2020-ci ildə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda (Abşeron, Sumqayıt, Bərdə, Quba, Sabirabad) 5 mərkəzin təmir-tikinti işləri aparılacaq.
Ötənilki inqilabi sosial islahatlardan bəhs edən S. Babayev əhalinin gəlirlərinin ciddi artımını təmin edən bu islahatların uğurlu nəticələrinin, ümumən sosial müdafiə və aktiv məşğulluq proqramlarının regionların əhalisini də geniş şəkildə əhatə etdiyini deyib. O söyləyib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nazirlik tərəfindən 2018-ci illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil təqdim edilib. Həmin mənzillərdən 550-i, avtomobillərdən isə 480-i region sakinlərinə verilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ildə müharibə əlillərinə və şəhid ailələrinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onların əksəriyyəti regionlarda veriləcək.
S.Babayev bu il regionlarımızda əlilliyi olan şəxslər üçün daha 5 bərpa mərkəzinin (Xaçmaz, Şəki, Lənkəran rayonlarında, Şirvan və Sumqayıt şəhərlərində), 2 sosial xidmət müəssisəsinin (Göygöl və Şamaxı rayonlarında) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Nazir, həmçinin Şəmkir və Qəbələ rayonlarında uşaq bərpa mərkəzlərinin, Quba və Bərdə rayonlarında peşə hazırlığı mərkəzlərinin yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
Qeyd edib ki, aktiv məşğulluq proqramları bölgələrdə də uğurla davam etdirilir. Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işlə təmin olunan 103 mindən çox şəxsin 74200-dən çoxu, peşə hazırlığına cəlb edilən 3200-ə yaxın şəxsin 1800 nəfərdən çoxu, peşəyönümü məsləhət xidmətinə cəlb olunan 107 700-ə yaxın gəncdən 91400-ə yaxını regionlarda yaşayanlardır.
S.Babayev 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10 min 352 nəfərdən 8 min 300-nün regionların sakinləri olduqlarını deyib. Bildirib ki, bu proqram çərçivəsində bölgələrdə əsasən kənd təsərrüfatı sahələri üzrə minlərlə kiçik müəssisənin yaradılması regionların sosial-iqtisadi inkişafına mühüm dəstəkdir.
“İşsizin DOSTU” proqramı çərçivəsində isə ötən il yaradılmış 38 min ödənişli ictimai iş yerindən 30 mininin regionlarda açıldığını diqqətə çatdıran nazir bu il də proqramın davam etdirildiyini deyib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11

